Türkiyə mətbuatında bizim şanlı nəqliyyat nazir Ziya Məmmədovun sevimli oğlu Anar Məmmədovun 40 milyona ada alması barədə xəbər yayıldıqdan sonra təxmin olunan açıqlamalar…
Ilham Əliyev:
– Görürsünüzmü, tək mənim övladlarım mülklərə sahib deyil!
– Görün nə qədər adam zəngin olmuşdur. Ölkəmizin paxıllığını çəkirlər!
– Bizim gənclərin nədən balaca bir adası olmasın?!
– Indi adalar alırıq və tezliklə Qarabağı da alacağıq!
Ziya Məmmədov:
– Bizim səxavətli və ağıllı prezidentimiz var. Onun sayəsində oğluma, balaca olsa da, bir ada ala bildik!
– Qarabağı ala bilməsək də, övladlarımız adalar alaraq ərazilərimizi genişləndirir!
– Ada almaq kimi ciddi işlərlə məşğul olduğu halda, “Azadlıq” qəzeti yazıq bir ayını yediyini yazaraq oğlumu ləkələməyə çalışır!
Konstruktiv vətəndaş:
– Məncə, bu ada məsələsini siyasiləşdirmək düzgün deyil!
– Həmin adada Anar müəllim Azərbaycan bayrağını ucaldacaq! Bununla fəxr etməliyik!
– Hər şeyi qara görmək düzgün deyil, ölkəmiz inkişaf edir, Bakı bulvarı çox gözəldir!
Paxıl vətəndaş:
– Mən anlamıram, Ziya Məmmədov nəqliyyat naziridir, yoxsa “Mersedes” buraxır?
– Bu qədər var-dövlət məndə niyə yoxdur?
– Oğurluqdursa, mən niyə oğurlamayım? Doğruluqla qazanılırsa, biz niyə qazana bilmirik?
Səyavuş Novruzov:
– Rüstəm Ibrahimbəyovun mənəvi haqqı yoxdur adadan danışsın.
– Bu qədər yol çəkirik, bu qədər körpü salırıq, bundan danışmaq gərəkdir.
Əli Həsənov:
– Indi jurnalistlərin də bir adası olacaq! Prezidentin sayəsində gecələr onların öz işıqları yanacaq.
– Mənzillərin açarı püşklə paylanacaqsa, bundan böyük ədalət necə ola bilər?
“Azadlıq” qəzeti:
– Anar Məmmədov bir ayı xəbərinə görə bizim qəzeti bağlatdırırdı, indi niyə Türkiyə mətbuatının yazdıqlarına dillənmir?
Pənah Hüseyn:
– Adanın alınması bizə bəlli ssenari olsa da, Xalq Partiyasının çoxsaylı üzvləri bu addıma qarşıdır! Ziya Məmmədov istefa verməlidir!
Səməd Seyidov:
– Adanın alınması dünya standartlarına uyğundur.
Gülər Əhmədova:
– Mənim heç adam da yox idi…
Fəzail Ağamalı:
– …