İyulun 15-də Nəsimi Rayon Məhkəməsində “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Vəkil Nemət Kərimli “Media forum” saytına deyib ki, məhkəmə İlkin Rüstəmzadənin həbs müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb: “Təqdimatda göstərilən əsaslarla bağlı heç bir sübut təqdim olunmayıb. Bu, qanun pozuntusudur. İlkini siyasi girov kimi saxlayırlar”.
Vəkil qeyd edib ki, İlkin Rüstəmzadə özü də prosesdə iştirak edib: “İlkin yaxşıdır. Səhhəti normallaşır”.
İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə həbs edilib. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.
İlkin Rüstəmzadənin həbsi uzadıldı
•


