Günün ulduz falı (15.07.2013)

QOÇ

Imkanlarınızın maksimum həddində çalışmayın. Xırda məsələlərə görə qıcıqlanmayın. Daxili harmoniyaya nail olmaq üçün işləri qaydaya salın. Alış-veriş üçün əlverişli gün deyil.

BUĞA 

Çətin gündür. Özünüzlə bağlı xoşagəlməz etiraf istisna deyil. Günün ikinci yarısında xoş hadisələr yaşana bilər. Borcun qaytarılması mümkündür. Axşam saatlarında istirahət edin.

ƏKIZLƏR

Başqalarının maraqları naminə çalışacaqsınız. Böyük məbləğdə pulun xərclənməsi sonradan peşmançılıq yaşada bilər. Bu səbəbdən də alış-veriş üçün əlverişli gün deyil.

XƏRÇƏNG 

Hadisələri dramatikləşdirməyin. Yaşanan olayları təhlil edin. Alış-veriş üçün əlverişli zamandır. Ancaq iri məbləğdə pul xərcləyərək nə isə almağı təxirə salın.

ŞIR

Çətin gündür. Önəmli görüşləri təxirə salın. Çünki qarşı tərəfin iddiaları sizi əsəbləşdirəcək. Şəxsi münasibətlər müstəvisində düşünülməmiş addım atmayın.

QIZ

Təəssüf ki, ətrafınızdakı insanlardan biri ilə vidalaşa bilərsiniz. Çalışdığınız insanlar arasında narazılıq artacaq. Maraqlarınızın təminatı üçün bütün imkanlardan və şanslardan istifadə edin.

TƏRƏZI 

Yeni və genişmiqyaslı işə başlamağa tələsməyin. Əks təqdirdə yaxınlıqdakı insanların yaradacağı problemlərlə qarşılaşacaqsınız. Mənasız əlaqələr və ya köhnəlmiş əşyalardan qurtulun.

ƏQRƏB 

Günün ikinci yarısında yaşayacağınız anlar, sanki sınaqdır. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında təmiz havada gəzintiyə çıxın.

OXATAN

Qüvvənizin tükənməsini hiss edəcəksiniz. Gücünüzü bərpa etmək asan olmayacaq. Buna vaxt ayırmaq lazım gələcək. Uzaqdan maraqlı məlumatlar almaq ehtimalı da var.

OĞLAQ

Gözlənilməz addımlar atmayın. Şad xəbərlər və ya uğursuzluqları həddən ziyadə emosional dəyərləndirməyin. Şəxsi münasibətlərdə sərinləşmə müşahidə oluna bilər. hadisələrin inkişafına müdaxilə etməyə çalışmayın.

DOLÇA

Bu gün darıxa bilərsiniz. Gərginlik və narazılıqdan cana gələcəksiniz. Tutduğunuz mövqeni qoruyun. Yaxınlarınızdan dəstək almaq istəyirsiniz. Ulduzlar bu mövzuda səbrli olmağa çağırır.

BALIQLAR

Sizin üçün mühüm insanlarla münasibətlərdə problem ola bilər. Müttəfiqlərlə münasibətlərdə iddialı olmayın. Iş həyatı ilə şəxsi məsələləri qarışdırmayın.