Ziya Məmmədovun yeni şərti

Avtobus qəzası olan xətt sahibinin əlindən alınacaq

Son günlər bir-birini ardınca baş verən avtobus qəzalarına görə nəqliyyat naziri Ziya Məmmədov danlanıb. Bu barədə mötəbər mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, nazir Prezident Administrasiyasına çağırılıb.
Ordan çıxandan dərhal sonra isə Bakı şəhərində fəaliyyət göstərən bütün marşrut xətlərinə cavabdeh olanları nazirliyə çağırıb. Onlara bildirilib ki, hər gün, hər səhər reysə çıxacaq sürücülərlə ciddi söhbət aparsınlar. Müvafiq sürücülük kateqoriyaları olmayanlar reysə buraxılmasın.
Nazir onların qarşısında şərt qoyub ki, hansısa marşrut xəttində avtobus qəzası olarsa, xətt əlindən alınacaq.
Mənbənin dediyinə görə, hazırda marşrut xətlərinin sahibləri təcrübəsiz sürücülərin yerinə işçi axtarırlar. Hətta yeni işə götürüləcək sürücələrə ənənəvi əməkhaqqından daha artıq maaş veriləcəyi boyun olunur.

Informasiya şöbəsi