Günün ulduz falı (14.07.2013)

Qoç

Bu gün təkbaşına çalışmağınız məsləhətdir. Həmkarlar və yaşlı qohumlarla münasibətlərdə problemlər yaratmayın. Yumor hissini unutmayın. Ünvanınıza söylənilən tənqidə dözümlü yanaşın.

Buğa

Işlər çoxdur və onları da mütləq yerinə yetirməlisiniz. Bu gün yeni işə başlamayın. Karyera ilə bağlı planlar reallaşmaya bilər. Bunun üçün bütün şanslardan yararlanın.

Əkizlər

Məqsədə çatmaq üçün çox səy göstərməlisiniz. Mühüm görüşdə diqqətli olun. Mübahisə və boş söhbətlərə çox vaxt sərf etməyin. Sizi idarə etmək, işlərinizə və həyatınıza müdaxilə etməyə kimsəyə imkan verməyin.

Xərçəng

Uğurlu gündür. Maliyyə durumunuzda irəliləyişlərə nail ola bilərsiniz. Ancaq bu gün mühüm sənədləri imzalamayın.

Işdə davamlı səhvlərə yol verməyin. Günün ikinci yarısında səhhətinizə fikir verin.

Şir

Bu gün ilkin təəssüratlara aldanmayın və ünsiyyətdə olduğunuz insanlara həddən ziyadə bel bağlamayın. Ümidləriniz doğrulmaya bilər. Qərar verərkən başqalarının maraqlarını da nəzərə alın.

Qız

Bu gün yeni işə başlamaq olar. Sənədlər iş görərkən maksimum diqqətli olmağa çalışın. Günorta uzaqdan xəbər gələcək. Qəfil görüşə, qonaq qəbuluna hazır olun.

Tərəzi

Yeni işə başlamaq üçün uğurlu gün deyil. Yaxşı olar ki, bu gün hövsələsizliyə yol verməyəsiniz. Yaxşı tanıdığınız insanlarla təmasda olun. Yaxınlarınızın diqqəti xüsusilə önəmlidir.

Əqrəb

Məhsuldar gündür. Lakin xoşagəlməz xəbər də istisna deyil. Maddi durumunuzu yaxşılaşdırın. Haqqınızı tapdamağa kimsəyə icazə verməyin.

Oxatan

Çətin gündür. Həmişə yardım aldığınız adamla mübahisə edəcəyiniz gözlənilir. Düşünülməmiş addımlar atmayın. Axşam vacib məlumat alacaqsınız.

Oğlaq

Ulduzlar bu gün səhhətinizə fikir verməyi tövsiyə edir. Xroniki ağrıların kəskinləşməsi, zədə istisna deyil.

Yaxın ətrafınızdakılarla aranızda çözə bilmədiyiniz adi məsələlərdə güzəştə getməyi bacarın.

Dolça

Alış-veriş üçün əlverişli vaxtdır. Təmirə başlamaq, ev əşyalarını yeniləmək olar. Əziz adamlardan birindən nigaranlıq doğuran xəbərin alınması ehtimalı da var. Problemi həll etmək olar.

Balıqlar

Bu günə böyük miqyaslı layihələr planlaşdırmayın. Intuisiyanız sizə nə zaman və necə hərəkət etməyin gərək olduğunu deyəcək. Axşam saatlarında başağrısı, yuxusuzluq istisna deyil.