“NİDA” hərəkatının həbsdə olan üzvlərindən Rəşadət Axundov təcridxanadan “Azadlıq” qəzetimnin keçirdiyi maddi sıxıntılarla bağlı müraciət göndərib. Müraciəti Media Hüququ İnstitutunun hüquqşünası Xalid Ağəliyev özünün Facebook səhifəsində paylaşıb.
Müraciətdə deyilir:
“Dəyərli “Azadlıq”sevərlər.
Azərbaycan iqtidarı bütün gücünü “Azadlıq” qəzetinin bağlanması üçün səfərbər edib. Qəzet bağlanmaq təhlükəsi ilə üz-üzədir. “Azadlıq”ın fədakar jurnalistləri məvacibsiz işini – mübarizəsini davam etdirir. Milli-azadlıq hərəkatında və demokratik hərəkatda özünəməxsus və həlledici rol oynayan səhifəmizə – “Azadlıq” qəzetinə sahib çıxın! Qəzetə maddi yardımların, ianələrin, abunə yazılışının edilməsi lazımdır. Bu, həm də demokratik mübarizənin, dirənişin, mübarizə yoldaşlarına sahib çıxmanın bir nümunəsidir. Mübarizənin lokomotivi “Azadlıq” qəzetini sahibsiz qoymayın.
Mən həbsdəykən “Azadlıq” qəzetinə abunə oldum. Sizi də vətəndaş nümunəsi göstərməyə səsləyirəm. Bizim mübarizəmiz siyasi mübarizədən çox vicdan mübarizəsidir. Buna görə vicdanlara səslənirəm – “Azadlıq”ı tək qoymayın ki, azadlığa çıxaq!”.


