AXCP ad gününə və Ali Məclisə hazırlaşır

AXCP Ali Məclisinin Rəyasət Heyəti növbəti iclasını keçirib. İclasın gündəliyində təşkilati məsələlər və ictimai-siyasi vəziyyətin müzakirəsi olub.
Təşkilati məsələlərin müzakirəsində partiyanın keçirdiyi regional tədbirlər barədə hesabatlar dinlənib. Ölkənin bir sıra rayonlarına yeni müşavirələr təyin olunub, müşavirələrə qatılacaq rəhbər heyət müəyyənləşdirilib.
AXCP-nın 24 illiyi ilə bağlı görülən işlərin də vəziyyəti nəzərdən keçirilib, iyulun 16-da AXCP-nin növbəti ildönümü ilə bağlı tədbirin keçirilməsi ilə bağlı qərar təsdiqlənib.
AXCP Rəasət Heyəti 20 iyulda partiya Ali Məclisnin çağırılması barədə də qərar qəbul edib.
İclasda ictimai-siyasi vəziyyət də müzakirə olunub.
AXCP sədri Əli Kərimli son günlər beynəlxalq qurumların nümayəndələri ilə keçirdiyi görüşlər barədə Rəyasət Heyətini məlumatlandırıb, aparılan söhbətlər barədə fikir mübadiləsi edilib.
Rəyasət Heyəti Milli Şuranın fəaliyyətini də diqqətə alıb. Müzakirələrdə Milli Şuranın təşkilatlanma, seçki qərərgahının yaradılması işinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.
AXCP Rəyasət Heyəti siyasi məhbusların da durumu ilə bağlı mzüakirələr aparıb.
Azərbaycan hakimiyyətinin inadkarlıq göstərərək vicdan məhbuslarını hələ də azadlığa buraxmaması pislənilib, siyasi məhbusların istintaq işinin süni şəkildə uzadılması, sağlamlıq problemi olan vicdan məhbsularının müalicəsi üçün normal şəraitin yaradılmaması xüsusi işgəncə kimi qiymətləndirilib.
AXCP Rəyasət Heyəti vicdan məhbuslarının diqqətdə saxlanması, onların özlərinə və ailələrinə lazımı dəstəyin göstərilməsi ilə bağlı qərarlar da qəbul edib.