Qoç
Dostlarınız sizə yardım etməyə hazırdır. Yetər ki, bunu siz istəyəsiniz. Günün ikinci yarısında önəmli görüş ola bilər. Maraqlarınızın təminatı istiqamətində şansı əldən verməyin.
Buğa
Çılğın olmayın, emosiyalarınızı cilovlayın. Şəxsi münasibətlərdə təmkinli olun. Sevdiyiniz insan sizi etibarlı dayaq saymalıdır. Kimsənin buna şühbə etməsinə imkan verməyin.
Əkizlər
Sevdiyiniz insana təzyiq göstərməyin, bütün problemləri bu gün həll etməyə çalışmayın. Macəra və sərgüzəşt aramayın. Artıq işlərlə özünüzü hədsiz dərəcədə yormayın.
Xərçəng
Yaşamınızın sakit axarı pozulacaq. Hadisələrin mənfi fəsadları olmayacaq. Sevdiyiniz insanın sizi qısqanması istisna deyil. Əks tələblər və iddialarla çıxış etməyin, müdrik olun.
Şir
Tutduğunuz mövqeləri möhkəmləndirməyə çalışın. Maliyyə durumunuzu qaydaya salın. Günün ikinci yarısında mühüm hadisə baş verəcək. Yaxşı tanıdığınız insanlar arasında diqqətinizə layiq şəxsi seçə biləcəksiniz.
Qız
Yaxın ətrafınızdakı insanlardan bir neçəsinin qayğınıza, xoş sözlərinizə, diqqətinizə ehtiyacı var. Könül almaq yerinə düşər. Sevdiyiniz insanla bağlı münasibətlərdə narahatlıq, təlaş və ya qısqanclıq üçün heç bir səbəb yoxdur.
Tərəzi
Tənbəl olmayın. Diqqətinizi işdən yayındırmayın. Günün ikinci yarısında müxtəlif hadisələr yaşanacaq. Ətrafınızda cərəyan edənləri diqqətlə müşahidə edin.
Əqrəb
Maliyyə məsələlərilə bağlı problemlər zamanı köhnə dostlara müraciət edin. Sizə qazanc əldə edə biləcəyiniz yolu göstərəcək adama üstünlük verin. Səbrli və təmkinli olun.
Oxatan
Hisslərə aldanmayın. Bu gün çox cazibədar tələyə düşmək təhlükəsi var. Səbrli olsanız, tələyə düşməyəcəksiniz. Qısamüddətli əyləncə həyatınızda ciddi problemlər yarada bilər.
Oğlaq
Gözləntilərinizdən artığına nail olacaqsınız. Maliyyə məsələlərində ciddi dəyişikliklər olmayacaq. Maddi durumunuzu yaxşılaşdırmağın yollarını arayın.
Dolça
Təcrübəli və ya informasiyalı olan insana məsləhət üçün üz tutun. Maliyyə məsələlərilə bağlı riskli, xoşagəlməz situasiyalar ola bilər. Təkidlə sizə təsir etməyə çalışan insanlardan uzaq durun.
Balıqlar
Yeni işlərə başlamağa, qayğılara qatılmağa tələsməyin. Yarımçıq qalmış işlər sizdə narahatlıq yarada bilər. Alış-veriş üçün əlverişli gün deyil.