Mehriban Əliyevanın tərəfdarları seçki bloku yaradır

Bir neçə gün öncə mətbuatda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləyən daha iki partiyanın adı açıqlandı. Məlum oldu ki, Demokratik Azərbaycan Dünyası Partiyasından ( DADP ) sonra Azad Respublikaçılar Partiyası (sədri Kamil Seyidov ) və Azərbaycan Mübarizlər Partiyası ( sədri Ağadur Müslümov) qarşıdan gələn prezident seçkilərində Mehriban Əliyevanı dəstəkləyəcəklər.
Qafqazregion.az saytı  adıçəkilən partiyalarla əlaqə saxlayıb. Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun dediklərindən məlum olub ki, Mehriban Əliyevanın namizədliyini dəstəkləyən partiyalar vahid seçki bloku yaradaraq birgə fəaliyyət göstərmək barədə düşünürlər.
“Hər bir partiya öz seçimində azaddır və bu seçimə görə onlara heç kim təzyiq edə bilməz”, – deyə Kamil Seyidov bildirib.
ARP-nın sədri yaxın günlərdə mətbuat konfransı keçirərək öz seçimlərinə aydınlıq gətirəcəyini də söyləyib.