Eldar Namazov Mahmud Məmmədquliyevlə görüşünə aydınlıq gətirdi
Ötən gün sosial şəbəkələrdə paylaşılan bir foto xəbər saytlarında xüsusi olaraq işıqlandırıldı.
Milli Şura sədrinin icra aparatının rəhbəri Eldar Namazovun xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə söhbəti zamanı çəkilən bu foto cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub.
Bununla bağlı “Azadlıq”a açıqlama verən Eldar Namazov bildirdi ki, bu fotonun xüsusi bir izahı yoxdur. Sadəcə olaraq təsadüfi bir salamlaşma olub. “ABŞ-ın müstəqilliyinə həsr olunmuş tədbirə dəvət olunmuşdum. Tədbirdə yüzlərlə tanınmış şəxs iştirak edirdi. Bu adamların əksəriyyəti məni tanıyır. Mən onların əksəriyyəti ilə görüşdüm. Mahmud Məmmədquliyevlə görüşümüz bu məqamla bağlıdır. Media işçiləri də bu məqamların hər birini lentə alırdılar. Mən bunu təbii hesab edirəm”.


