Daha bir “Nida”çı həbs olundu

İyulun 4-də “Nida” Vətəndaş Hərəkatının üzvü Fuad Hacıyev həbs olunub.

Onun məhkəməsində iştirak etmiş hüquqşünas Anar Qasımlı “Media forum” saytına bildirib ki, Fuad Hacıyev Qaraşəhərdə yaşayır, orada yeni yaşayış məntəqəsinin salınması ilə əlaqədar hazırkı evlər sökülür: “Fuad Hacıyev evləri sökülən şəxslərə az kompensasiya verilməsinə etiraz edib. Bu zaman saxlanılaraq Xətai rayon 37-ci polis bölməsinə, oradan da Xətai Rayon Məhkəməsinə gətirilib. Bir nəfər polis işçisinin yazılı şikayəti əsasında məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə təqsirli bilib və gənc fəalı 10 sutkalığa azadlıqdan məhrum edib”.