Azərbaycan daha bir beynəlxalq qalmaqal astanasında

İsveçrədə ölkəmizlə bağlı dərman cinayətinə dair hüquqi araşdırmalar balayıb

Azərbaycanda dərman biznesi hakim ailənin nəzarətindədir

İsveçrə Azərbaycan Ticarət Təşkilatının sədri Elxan Həsənli Sürix şəhər prokurorluğuna çağrılıb. Bu barədə Elxan Həsənli özünün “Facebook” səhifəsində məlumat paylaşıb. E.Həsənli bildirir ki, rəhbərlik etdiyi təşkilat İsveçrənin müxtəlif qurumlarını informasiyalarla təmin edir. Buraya xüsusilə İsveçrə bankları daxildir. Təşkilat bu banklarda hesabları olan Azərbaycan vətəndaşları haqqında dosyelərin tərtib olunmasında yaxından iştirak edir. “Son çağrılma Azərbaycanda dərman pereparatları satan bir şirkətlə bağlıdır. Həmin şirkətin sahibi Azərbaycan vətəndaşıdır. Bu şəxs ölkəmizdəki iri iş adamlarından biridir. Istintaq sirri olduğu ücün şirkətin və onun sahibinin adını açıqlamağı məqsədəuyğun saymıram. Bu şirkət məşhur dərman pereparatlarını saxtalaşdıraraq, müxtəlif adlarla dərmanlar istehsal edir. Dərmanlar əsasən üçüncü dünya ölkələrində istehsal olunur və sağlamliğa ciddi təhlükə törədirlər. Ən maraqlısı odur ki, bu cür cinayət tərkibli əməllər Isveçrədə qeydiyyata alınmış bir şirkətin adı ilə həyata keçirilir. Isveçrə hüquq mühafizə orqanlarını da narahat edən məhz bu faktdır. Bu şirkətin sahibi və fəaliyyəti haqqında məlumat bölgüsü aparılır. Istintaq bitdikdən sonra həmin şirkətin sahibi məhkəmə qarşısında dayanacaq. Onun kimliyi də Azərbaycana məlum olacaq”, – deyə E.Həsənli yazır.
Məlumat üçün deyək ki, ölkədə dərman biznesi əsasən iki şirkətin inhisarındadır. Bunlardan biri “Avromed”, digər isə “ReadFarm”dır. “Avromed” şirkətinin Paşayevlərə, “ReadFarm”ın isə Ilham Əliyevin əmisi oğlu Aqil Əliyevə məxsus olduğu bildirilir. Bu şirkətlərdən kənarda kiminsə müstəqil şəkildə dərman biznesi ilə məşğul olması mümkün deyil.