Qlobal Innovasiya Indeksində Azərbaycan həm Gürcüstan, həm də Ermənistandan geridədir
INSEAD Beynəlxalq Biznes Məktəbi, Kornell Universiteti və Dünya Intellektual Qabiliyyət Təşkilatı “Qlobal Innovasiya Indeksi – 2013″ adlı birgə analitik məruzəsini təqdim edib. Reytinq cədvəli dünya ölkələrinin innovasiya inkişafını ətraflı xarakterizə edən 80 dəyişiklik əsasında tərtib olunub.
Innovasiya imkanlarının səviyyəsinə görə, Isveçrə birinci yerdə dayanır. Ilk onluqda sonrakı yerlərdə Isveç, Böyük Britaniya, Niderland, ABŞ, Finlandiya, Honq-Konq, Sinqapur, Danimarka və Irlandiya sıralanıb.
“Mediaforum”un məlumatına görə, 142 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan 105-ci yerdə göstərilib.
Region ölkələrində sıralama belədir: Ermənistan – 59, Rusiya – 62, Türkiyə – 68, Gürcüstan – 73, Iran – 113.


