
Sumqayıtda yerləşən “Azərboru” ASC-də işçilərin məvacib ala bilmək üçün dava-dalaşlı növbəyə girməli olduğunu əks etdirən videokadrlar yayılıb. “Youtube” portalına yerləşdirilən videoya belə bir müşaiyət edici mətn əlavə olunub ki, ASC-də maaşlar vaxtında verilmədiyi üçün bu cür biabırçı mənzərə yaranır. Videonu təqdim edirik:


