Leo Messi Fondu xeyriyyə məqsədilə futbol matçı təşkil edir
Braziliya yığmasının və “Barselona” klubunun 21 yaşlı hücumçusu Neymar Peruda keçiriləcək xeyriyyə oyununda iştirak edəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, iyunun 2-də Limada baş tutacaq oyunun təşkilatçısı Leo Messi Fondudur.
Messinin dostlarından ibarət komandanın rəqibi digər dünya ulduzları olacaq. Burada oynamağa razılıq verənlər arasında Neymar da var.
Oyunlar Kolumbiyada, Peruda və ABŞ-da müvafiq olaraq, iyunun 29-da, iyulun 2 və 4-də keçiriləcək. Görüşlərdən əldə edilən qazanc isə Messi Fonduna köçürüləcək.