Akif Muradverdiyevin şikayətləri təmin olunmadı

İyunun 27-də Bakı Apellyasiya Məhkəməsində prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin şikayətinə baxılıb. Məlumatı “Media forum”a vəkil Fuad Ağayev verib.

Vəkil bildirib ki, nə prosedur pozuntuları ilə bağlı, nə də həbs qətimkan tədbiri barədə qərardan verdikləri şikayət təmin olunub: “Yaxın günlərdə Akif Muradverdiyevin müdafiəsi ilə bağlı növbəti addımlar atılacaq. O cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”.