«Mən kimi yüz min onun Aşiqi-biçarəsi var…»
Keçən mövzulardan birində bəhs etdiyimiz kimi, XIX əsr zəngin və çoxəsrlik tarixi olan Azərbaycan ədəbiyyatının böyük nailiyyətlərlə zəngin mərhələlərindən biridir. Bu əsrdə yaranan ədəbiyyat klassik irsin ənənələri zəminində yaranıb inkişaf etmiş, Azərbaycan poeziyasına bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir.
Belə şairlərdən biri də XIX əsr şairlərinin yaşca ən böyüyü olan Məhəmməd bəy Aşiqdir. Məhəmməd bəy Aşiq 1776-cı ildə Şuşa şəhərində doğulmuşdur. Atası Behbud bəy Qarabağda məşhur olan Sarıcalı-Cavanşir tayfasındandır. Onun Qarabağ xanlığının ərazisində – Vərəndə və Zəngəzur mahallarında çoxlu kəndləri və obaları vardı. Ömrünün sonlarında Behbud bəy ixtiyarında olan torpaqları iki oğluna – Məhəmməd bəyə və Böyük bəyə paylamışdı. Lakin Məhəmməd bəy atasının verdiyi torpaqları qardaşı Böyük bəyə bağışlayıb, özü yenicə aldığı Zəngilan kəndində məskunlaşdı.
Zəngilanda həyatı çətinliklərlə keçən Məhəmməd bəyin qayınları ilə tez-tez torpaq çəkişmələri baş vermiş və bu çəkişmələr nəticəsində Rusiya hökuməti Məhəmməd bəyi Ordubada sürgün etmişdir. Məhəmməd bəy ömrünün sonuna qədər Ordubadda yaşamış, 1861-ci ildə orada dünyasını dəyişmişdir.
Məhəmməd bəy şeirlərinin bir qismini öz adı, digər qismini “Aşiq” təxəllüsü ilə yazmışdır. Onun müxtəlif təzkirələrdə qalan əsərlərini Ənvər Çingizoğlu toplayaraq, 2000-ci ildə Bakıda “Şuşa” nəşriyyatında çap etdirmişdir.
Həmin kitabdan götürülmüş qəzəl:
Necə kim ol sənəmin qəmzeyi-xunxarəsi var,
Dili-zarımda mənim qanlı ciyərparəsi var.
Dili-əşkimi mənim salma nəzərdən, ey göz,
Dut giranmayə onun səbəyi-səyyarəsi var.
Yar xalına baxan gözdə qaradan qalmaz,
Demə aşiq ona kim, gözlərin qarəsi var…
Bağlanmış silsileyi-kakilə könlüm möhkəm,
Mən kimi yüz min onun Aşiqi-biçarəsi var.
“Cəhan zülmət sarayın rövşən etməzdi…”
Bu dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Abdul Canıoğludur. Abdul Canıoğlu 1780-ci ildə Şuşada doğulmuşdur. Ticarət və kimyagərliklə məşğul olan Abdulla Camoğlu dövrünün qabaqcıl ziyalıları, şair və musiqiçiləri ilə yaxınlıq və dostluq etmiş, həm klassik poeziya, həm də folklor üslubunda lirik və satirik şeirlər yazmışdır, xüsusilə həcvdə çox məşhur olmuşdur. Əsərlərinin bir qismində “Qənbər” təxəllüsü işlətmişdir.
A.Canıoğlıı 1838-ci ildə vəfat etmişdir. Onun yaradıcılığından nümunələr Hüseyn Əfəndi Qayıbovun “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” (I cild, 1986), Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşiqin” (1995) və Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” (1998) kitablarından götürülmüşdür.
Müəttər qıldı eşq əhlin dəhanın nəfyü isbatı,
Yəqin oldu mənə kim, var-yoxdandır onun zatı.
Nə şirindir dəhanın söhbəti, ləli-ləbin hərfi,
Ki, təlx olmuş ləbi-ləlindən ayrımlar ovqatı.
Cəhan zülmət sarayın rövşən etməzdi, əgər yüz gəz,
Yüzündən kəsbi-ənvar etməsəydi şəms miratı.
Dövrünün məşhur qələm sahiblərindən sayılan Baba bəy Şakir təxminən 1780-ci ildə Qarabağ mahalının Mehriban kəndində bəy ailəsində anadan olmuşdur. O, Qasım bəy Zakirin qohumu və yaxın dostu olmuşdur. Baba bəy Şakir 1845-ci ildə vəfat etmişdir. Zakir Baba bəyin vəfatı münasibəti ilə məşhur “Maddeyi-tarixi-Baba bəy” şeirini yazmışdır.
Baba bəyin bədii irsindən çox az miqdarda satirik və lirik əsərləri məlumdur. Onların bir qismi əruz, digər qismi heca vəznindədir.
Şairin əsərlərindən örnəklər onun “Seçilmiş əsərləri” (1985) kitabından götürülmüş, mətnlər şeirlərin əvvəlki nəşrləri ilə tutuşdurulmuş, tərtibçinin “müasirləşdirmələri” aradan qaldırılmışdır.
Mürği-ruhum təndə durmaz, dövr edər,
Yenə canan düşdü yada, ay mədəd!
Qərib ölkə, baş yastıqda, göz yolda,
Kimim var ki, yetə dada, ay mədəd!
Diyari-qürbətdə mən bəxtiqarə,
Bir dərdə düşmüşəm, bulunmaz çarə;
Bilsəm, badi-səba yetirər yarə,
Çəkərəm bir qəlbi səda, ay mədəd!
Dövrünün tanınmış şairlərindən olan Cəfərqulu xan Sarıcalı-Cavanşir Nəva da tarixdə gözəl şeirləri ilə qalmışdır. Cəfərqulu xan Nəvaÿ1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-CavanşirÿQarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Əmisi Mehdiqulu xan Cavanşirÿtaxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı. Lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı. Süfrə açanda ətrafına alimlər, aydınlar əyləşərdi.
Cəfərqulu xanÿ1867-ci ildə vəfat edib.
“Gəncəli müdrik” Mirzə Şəfi
XIX əsrin görkəmli şairlərindən biri də xalq arasında “Gəncəli müdrik” kimi tanınan Mirzə Şəfi Vazehdir. Iş burasındadır ki, Şəfi hələ mədrəsədə oxuyarkən sufiliklə və Şərqin panteist fəlsəfi fikri ilə maraqlanırdı. Çünki bunlara bələd olmadan Hafiz,ÿ Füzuli, ÿXəyyam, ÿSədiÿkimi şairləri dərk etmək mümkün deyildi.
Şairin yaradıcılığına dərindən bələd olmuş ən yaxşı tədqiqatçılardan biriÿMikayıl Rəfiliÿgöstərir ki, Vazeh təxəllüsünü qəbul etmiş Mirzə Şəfinin poetik istedadının çiçəklənməsi də məhz həmin dövrə düşür. O yazır: “Həyatın sınaqları və ruhanilərin təzyiqləri altında tənha və kimsəsiz qalmış şair şərabın və məşuqənin gözəlliklərini tərənnüm etməklə təsəlli alırdı. Bu şeirlər isə çox zaman ÿHafizÿ vəÿ Xəyyamdan, XVI əsrin böyük Azərbaycan şairi Füzulidən gələn uzun bir yolu davam etdirir, mistik səciyyə daşıyırdı.”
Sufi ideyalarının ardıcıl təbliğatçısı olan Hacı Abdullanın himayəsində tərbiyə alan Mirzə Şəfi ondan çox təsirlənir. Müəlliminin söhbətləri onun ruhuna uyğun olduğundan gənc tələbəni maraqlandırmışdı. Hacı Abdulla onu öz himayəsi altına alır və bəzi tədqiqatçıların göstərdiklərinə görə, hətta oğulluğa götürür.ÿ Gəncəÿ ruhaniləri ilə söhbətlərində Şəfinin bidətçi mülahizələri və həmin kütləvi mübahisələr zamanı Hacı Abdullanın onu müdafiə etməsi diqqətdən yayınmır və gələcək şairi mədrəsədən xaric edirlər. Mirzə Şəfi yaradıcılığının tədqiqatçıları qeyd edirlər ki, o, ömrünün sonuna qədər öz mürşidinə sadiq qalmış və sufizm mövqelərindən bircə addım da geri çəkilməmişdi. Aşağıdakı məşhur şeri də buna sübutdur:
Mənim ustadım Hafizdir,
Məscidim isə meyxanədir.
Mən meyxanəyə gələndə,
Hər şey hərəkətə gəlir…
Ilahi, özün kömək ol,
Bizə imkan ver ki,
qəlbimizi eşqə,
Ayaqlarımızı meyxanəyə bağlayaq…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir