Günün ulduz falı (26.06.2013)

Qoç

Yeni və ya riskli işlərdə iştirakınız maddi vəziyyətinizə zərbə vura bilər. Mübahisələrdən uzaq olun, ondan fayda tapmayacaqsınız. Məişət texnikasının təmirilə bağlı çətinliyinizin olacağı da istisna deyil.

Buğa

Bu gün buraxdığınız ən xırda səhv belə, sanki qəsdinizə işləyəcək. Bu səbəbdən sakit olmağa çalışın. Vacib görüşə gedərkən xarici görkəminizə diqqət yetirin. Zərgərlik dəqiqliyi tələb edən işləri bu günlük təxirə salın.

Əkizlər

Ünsiyyətcil olmağınız yeni tanışlarla münasibətdə faydalı olacaq. Istənilən kommersiya fəaliyyətindən əldə edilən gəlir şübhəli görünəcək, ancaq bu sferada ciddi itkidən qorunmağa ehtiyac qalmayacaq. Istər şəxsi, istərsə də işgüzar sferada təkliflərlə çıxış etməyin.

Xərçəng

Enerjili olmağınızla hamını heyrətləndirəcəksiniz. Liderlik xüsusiyyətinizdən bəhrələnərək həmfikirləri ətrafınızda birləşdirə bilərsiniz. Gün yaxın ətrafla münasibətlərin möhkəmləndirilməsi və səmimi söhbət üçün münasibdir.

Şir

Ehtimal ki, bu gün başqalarının səhvinə görə cavab verməli olacaqsınız. Bu, sizə təcrübə baxımından fayda gətirəcək. Vaxtınızı mübahisələrə ayırmayın. Çünki yaxın zamanlarda sizin doğru mövqedə olduğunuz hamıya agah olacaq.

Qız

Bugünkü kommersiya işləri uğurlu olmayacaq. Imzaladığınız sövdələşmə düşündüyünüzdən də az gəlir gətirəcək. Yaxınlarınızın istək və arzularına qarşı diqqətli olun. Sizin üçün əziz olan adamın qəlbinə dəyə bilərsiniz.

Tərəzi

Sizin üçün çox uğurlu gündür. Bu gün həyat eşqiniz o qədər yüksək olacaq ki, bütün işlərin öhdəsindən də gələcəksiniz, hələ üstəlik heç kim sizin cazibənizdən kənarda qala bilməyəcək. Mübahisəli məsələləri həll edəcəksiniz.

Əqrəb

Bu gün yaxşı olar ki, kölgədə gizlənəsiniz, heç bir vacib iş görməyəsiniz. Işgüzar müstəvidə problemlərin yaranmasının səbəbkarı sizi gözü götürməyənlər olacaq. Söhbət o kəslərdən gedir ki, onlar sizinlə açıq mübarizədən çəkinirlər.

Oxatan

Maraqlı gündür. Hadisələr sizin istəyinizə uyğun cərəyan edəcək. Bu isə sizin xoşunuza gələcək. Vacib olanı tələsməməkdir. Gün gözlənilməz uğurlarla bağlıdır. Ulduzlar sizi bu gün sevdiklərinizə qarşı diqqətli olmağa çağırır.

Oğlaq

Təəssüf ki, maliyyə çətinlikləriniz olacaq. Bunun səbəbi sizin pulu düzgün xərcləməyi bacarmamağınızla bağlıdır. Ailə büdcəsini təkbaşına planlaşdırmayın, çünki başqalarının da marağı var. Bu gün daşınmaz əmlak almağınız məsləhət deyil.

Dolça

Işdə konfliktlərdən uzaq durun. Sizə hücum edənlərə sakit və laqeyd yanaşmağı bacarın. Özünüzə yeni düşmən qazanmayın. Çünki köhnə düşmənlərinizin sayı kifayət qədərdir.

Balıqlar

Əgər hər uğursuzluğunuzu faciəvi şəkildə qiymətləndirsəniz, gün sizə çox ağır təsir bağışlayacaq. Uzunmüddətli səyahətlərdən və ya təmir işlərindən uzaq olun. Ziyanlı vərdişlərdən uzaq durmaqla həyatınızı yaxşılığa doğru dəyişə bilərsiniz.