Milli Şura liderlərinin ABŞ-a səfər vaxtı açıqlandı

Milli Şurada təmsil olunan müxalifət liderlərinin ABŞ səfərinin vaxtı açıqlanıb. Bu barədə Modern.az saytına məlumat verən Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev Amerika səfərinin iyulun 10-a planlaşdırıldığını bildirib.

Z.Quliyevin sözlərinə görə, müxalifət liderləri Birləşmiş Ştatlara səfər çərçivəsində Konqresdə görüşlər keçirəcəklər.

“ABŞ səfərinin vaxtı təxminən iyulun 10-a planlaşdırılır. Səfərdə Milli Şura sədri Rüstəm İbrahimbəyov və Milli Şurada təmsil olunan partiya rəhbərləri iştirak edəcəklər. Səfər ABŞ tərəfinin dəvəti ilə baş tutacaq. Orada Konqresdə görüşlər keçiriləcək”-deyə Milli Şura üzvü vurğulayıb.