Amerika Yəhudi Komitəsinin Dallas bölməsində Azərbaycanla bağlı müzakirələr keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ və dünya miqyasında böyük nüfuz sahibi olan Amerika Yəhudi Komitəsinin Texas ştatının Dallas bölməsinin növbəti toplantısında əsas müzakirə mövzusu Azərbaycan və ölkəmizin ABŞ və Israillə münasibətləri olub.
Toplantının qonağı olan Azərbaycanın Vaşinqtondakı səfirliyinin müşaviri Fəxrəddin Ismayılov tədbir iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib, onun tarixi və malik olduğu geosiyasi əhəmiyyətindən söz açıb, ölkəmizin inkişaf edən iqtisadiyyatı və neft-qaz sənayesinin tərəqqisi barədə danışıb və qarşıda dayanan məqsədləri sadalayıb. Uzun əsrlərdən bəri Azərbaycanda hökm sürən dözümlülük ənənələri iştirakçıların diqqətinə çatdırılıb və din, dil və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan əhalisinin qarşılıqlı anlaşma içərisində yaşadığı vurğulanıb.
Amerika Yəhudi Komitəsinin 2 iyun tarixində Vaşinqtonda keçirilmiş Illik Qlobal Forumunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edib.
1906-ci ildə təsis edilmiş Amerika Yəhudi Komitəsinin ABŞ-ın 26 ştatı, həmçinin dünyanın bir çox ölkələrində bölmələri fəaliyyət göstərir.
Elmar Məmmədyarovun həmin forumda iştirakı əslində prezident seçkisində yəhudi lobbisindən dəstək almaq məqsədi daşıyırdı. Bu forumdan sonra belə tədbirlərin keçirilməsi gözlənilən idi. Və göründüyü kimi iüxalifəti xaricə işləməkdə, xaricdən dəstək almaqda ittiham edən hakimiyyət əslində özü lobbi təşkilatlarına, xarici beyin mərkəzlərinə üz tutub.
Əliyev yəhudilərdən dəstək istəyir
•
•


