Günün ulduz falı (23.06.2013)

QOÇ

Çətin gündür. Düşünülməiş addımlar atmağa meyilli olacaqsınız. Işdə konfliktlərdən qaçmağa çalışın. Əmlak və maliyyə mövzusu ilə bağlı məsələlərin müzakirəsini təxirə salın. Şəxsi müstəvidə vəziyyət bundan da bərbad olacaq.

BUĞA

Xoşagəlməz hadisələrin olacağı gözlənilir, ancaq bu olaylar sizün üçün gözlənilməz sürpriz olmayacaq. Şəxsi müstəvidə dəyişiklik arzusundasınızsa, onda təşəbbüskarlıq göstərin. Yeni tanışlıqdan qaçmayın.

ƏKIZLƏR

Maraqlı və ümidverici gün olacaq. Ehtimal ki, maddi vəziyyətiniz yaxşılaşacaq. Bahalı hədiyyə və ya xeyir gətirəcək sövdələşmə də istisna deyil. Təkcə işdə deyil, sevgidə də bəxtiniz gətirəcək. 

XƏRÇƏNG

Sevinməyə əlinizdə əsas çox olacaq. Amma təəssüf ki, onlardan heç birinin romantik bağlılıqla əlaqəsi olmayacaq. Sevgilinizlə aranızda münasibət gərgin olacaq, güzəştə getməli olacaqsınız. “Səbrin də bir sərhədi var” deməyə tələsməyin. 

ŞIR

Bugünkü bütün situasiyalardan qalib çıxacağınıza ümid etməyin. Bununla barışmalısınız. Professional problemləri tələskənliyə yol vermədən həll etmək lazımdır. Gün yaxın ətrafla ünsiyyətdə olmaq baxımından əlverişlidir.

QIZ

Günün çətinliyinə baxmayaraq, siz daxili sakitliyinizi qoruyub saxlaya biləcəksiniz. Yalnız soyuqqanlı olmağınız sizə düzgün qərar verməyə kömək olacaq. Maliyyə məsələlərinin həllini heç kimə etibar etməyin.

TƏRƏZI

Son zamanlar yorğun görünürsünüz. Işlərin ağırlığı sizi hövsələdən çıxaraq. Artıq istirahət etmək lazımdır. Ulduzlar bildirir ki, bu templə davam etsəniz, əsəbləriniz pozula bilər. Səhhətinizin qayğısına qalmaq üçün işinizi yüngülləşdirin.

ƏQRƏB

Bu səfərdən qayıdan kimi başqa səfərə çıxacaqsınız. Bu sizi bir tərəfdən sevindirəcək, digər tərəfdən isə evdən nigaran qalacaqsınız. Müttəfiqlərinizlə sövdələşmə apararkən fikrinizi açıq deməkdən çəkinməyin.

OXATAN

Istirahət edəcəyiniz günü gözləyirsiniz. Təəssüf ki, həmin günlə bağlı planlarınız pozula bilər. Gündəlik iş qrafikindən çıxmalı olacaqsınız. Səbrsiz olmayın. Bir işi qurtarmamış digərinə keçməyin.

OĞLAQ

Çoxdan gözlədiyiniz arzunu həyata keçirmək istəyirsiniz. Bu istəyin reallaşması sizin gələcəyinizi həll edəcək. Narahat olmayın. Sizi narahat edən məslənin düzələcəyi gözlənilir.

DOLÇA

Qonaqlıqlar ruhunuza şənlik gətirəcək. Bu qonaqlıqlardan şəxsi mövqeyiniz üçün istifadə etməyi planlaşdırırsınız. Bu isə ətrafdakıların diqqətindən yayınmayacaq. Nəzərə alın ki, hər gün də əylənməklə həyata davam etmək olmaz. 

BALIQLAR

Sevilib-sevilmək istəyirsiniz. Imic dəyişikliyi müsbət olacaq. Amma təəssüf ki, bunu kimə görə etmisinizsə, həmin şəxs onu dəyərləndirməyəcək. Qarşı tərəf buna çox adi bir hal kimi baxacaq. Romantik sferada arzunuzun ürəyinizdə qalma ehtimalı var.