Əli Kərimlidən İlham Əliyevə çağırış və mühüm mesajlar

“Sabahın hakimiyyətinə hörmətlə yanaşın!”

“Keçid dövrü üçün ən uyğun namizəd Rüstəm İbrahimbəyovdur”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ötən gün mətbuat konfransı keçirdi. Konfransın məqsədi barədə məluamt verən AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirdi ki, partiyanın təşkilatlanma işinə hakimiyyət son zamanlar ciddi problemlər yaradır. İnzibatı binalarda keçirilən tədbirlərə çoxdan qadağa qoylsa da indi evlərdə keçirilən toplantılara da polis müdaxiləsi baş verir. O, baş verənlərlə bağlı partiya sədri Əli Kərimlinin cəmiyyət və hakimiyyət üçün çağırışları olduğunu bildirdi və sözü ona verdi.

AXCP sədri öncə rayon müşavirələrinin icmalını verdi. O, bildirdi ki, 7 rayonda AXCP-nin müşavirələri dağıdılıb, Lənkəranda isə partiya rəhbərliyinə daş, armatur, yumurta atılıb və Mənsum Bayramovun maşını yararsız hala salınıb: “Bizə heç yerdə icarəyə ofis götürməyə imkan verilmir. Hətta öz evlərimizdə keçirdiyimiz görüşlər polis zorakılığı ilə dağıdılıb”.

Birinci mesaj DİN-ə

Əli Kərimli dedi ki, partiya tədbirlərinə müdaxilə təkrarlanırsa, polis baş verənlərə laqeyd qalırsa bu sübut edir ki, hadisələrin arxasında hakimiyyətin sifarişi dayanır. Əli Kərimlinin sözlərinə görə partiya tədbirlərinin dağıdılması sadəcə müdaxilə yox, həm də cinayətdir və əksərən bu cinayətin arxasında polis dayanır. Buna görə o DİN-ə müraciət etdi: “Baş verənlər həm mülikiyyətə, həm də insan həyatına qarşı baş verən cinayətdir. Azərbaycan polisi dövlətə xidmət erməlidir. Azərbaycanda isə polis İlham Əliyev hakimiyyətinə xidmət edir. Azərbaycan hakimiyyəti polisin simasında repressiy maşını yaradıb. Siyasi partiyalarla mübarizə aparmaq polisin işi deyil”.

İkinci mesaj prokurorluğa

AXCP sədri prokurorluğu da hərəkətsizliyə görə suçladı və Respublika Prokurorluğuna müraciət etdi: “İndiyədək AXCP üzvlərinə qarşı baş verən qanunsuzluqlar öz hüquqi qiymətini almayıb. Prokurorluq öz vəzifəsini yerinə yetirmir. Prokurorluq bu hallara nəzarət ertməli olduğu halda, qanunsuzluğu müdafiə edir”.

“YAP, nəhayət başa düş!”

Vaxtilə Xalq Cəbhəsi hakimiyyətdə olanda YAP-nın müxalifətdə olduğunu xatırladan Əli Kərimli hakim partiyaya da səsləndi: “Sizlərə bu cür münasibətlər olubmu? Bir gün siz də  müxalifətdə olacaqsınız, özünüzə qarşı bu cür münasibəti qəbul edərsinizmi? Mən əminəm ki, bu gün müxalifətdə olan AXCP rəhbərliyi sabah hakimiyyətdə olacaq. Sabahın hakimiyyətinə hörmətlə yanaşın. Mən istərdim ki, YAP nəhayət başa düşsün ki, bu hakimiyyət müvəqqətdir”.

İlham Əliyevə xüsusi çağırış

Əli Kərimli hökumətin ölkə müxalifətinin ən kiçik toplantılarına aqressiya nümayiş etdirdiyi halda, tolerantlıq adına konfranslar keçirməsini riyakarlıq adlandırdı. O, İlham Əliyev başda olmaqla hakimiyyətdəkilərə çağırış etdi: “Bütün dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda demokratiya var, tolerantlıq var, fərqli fikrə hörmət var. Digər tərfdən də opponentlərinə qarşı repressiya həyat keçirirlər, cibinə narkotik atırlar, evindən silah çıxardırlar. Opponentlərin hətta evlərdə keçirdikləri toplantıların qarşısı alınır. İlham Əliyev YAP-ın qurultayını dəbdəbəli Buta palasda keçirib bəyan edəndə ki, biz də rəqiblərimizlə eyni şəraitdə mübarizə aparırıq, elə həmin zamnlarda AXCP rəhbərliyinə qarşı regionlarda zorakılıq edilirdi. YAP-ın bütün rayonlarda qərargahları var. Müəmmalı, oğurluq vəsaitlərlə qərargahlar tikiblər. Amma siyasi rəqiblərinə öz evində də toplantı çekirməyə imkan vermirlər.

Azərbaycan hakimiyyətinin bu qədər zorakı olması, siyasi baxımdan gücsüzlüyündən irəli gəlir. Seçkilər yaxınlaşıb, müxalifət birləşib, AXCP bu birləşmiş müxalifətin avanqard qüvvəsidir. Bütün ölkə boyu təşkilatlanma işi ilə məşğul olur. Ancaq Azərbaycan hakimiyyəti yarışa hazır olmadığına görə seçkiyə bu şəkildə hazırlşır. Bu, Azərbaycan hakimiyyətinin özünəməxsus seçki hazırlığıdır. İlham Əliyev hakimiyyəti bizi hətta qapalı yerlərdə də toplaşmağa qoymur. Azərbaycan hakimiyyətini müxalifətə qarşı repressiyaları dayandırmağa çağırıram. Onsuz da bu kimi vasitələr onu əbədi edə bilməz”.

“Əsla ruhdan düşmək olmaz!”

Əli Kərimli sonda müxalif həmkərarına müraciət etdi. O dedi ki, rejimuin basqılarından qətiyyən ruhdan düşmək olmaz: “Onlar bizim 7-8 yerdə tədbirimizin önünü ala biliblərsə, 20-dən artıq rayondakı tədbirimizi keçirməyi bacarmışıq. Qarşısı alınan müşavirələrdən sonra ruhdan düşsəydik, o 20 tədbir də olmazdı. Ona görə istərdim ki, bütün müxalif təşkilatları təqib və təzyiqlərin üzərinə getsin. Sonda bu proses qarşı tərəfin yenilməsi ilə nəticələnəcək”.

“Avtoritarizmə qarşı mübarizə aparanlar yekdil müdafiə olunmalıdır”

Əli Kərimli AXCP-dən kənarda müxalifətə olan təzyiqlərə də toxundu. Azərbaycan hakimiyyətinin gənclərə “xüsusi qayğısını” – NİDA-çıların və Azad Gənclər Təşkilatı üzvlərinin qondarma ittihamlarla həbsə atılmasını kəskin tənqid etdi, onların azadlığa buraxılmasını tələb etdi.
AXCP sədri Qurban Məmmədovun da həbsinin siyasi motivlərlə bağlı olduğunu bəyan etdi. Əli Kərimli ictimaiyyəti və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatları Qurban Məmmədov və onun kimi avtoritarzimə qarşı mətanət göstərənləri müdafiə etməyə səslədi.

“Keçid dövrü üçün elə bir namizəd dəstəklənəcək ki…”

Milli Şuranın vahid namizədi ilə bağlı AXCP sədri bildirdi ki, bununla bağlı siyasi qüvvələrin əksərinin mövqeyi üst-üstə düşür. Hamı belə hesab edir ki, keçid dövrü üçün ən uyğun şəxs Rüstəm İbrahimbəyovdur. Onun özü də vahid namizəd olmağa razılıq verib: “Milli Şura bütün siyasi qüvvələri, vətəndaş cəmiyyətini, gənclər hərəkatlarını, inanclı kəsimi bir araya gətirəcək vahid konsepsiya əsasında formalaşıb. Ona görə də kompromis kimi keçid dövrü üçün elə bir namizəd dəstəklənəcək ki, həmin şəxs siyasi lider olmasın və onun uzun müddət hakimiyyətdə qalıb öz proqramlarını həyata keçirmək iddiası olmasın. Həmin şəxsin keçid dövrü olan 2 il ərzində əsas vəzifəsi budur: yeni konstitusiyanın qəbul olunması, yeni parlament və prezident seçkilərinin keçirilməsi. Hazırda bu tələblərə ən çox uyğun gələn şəxs Milli Şuranın sədri Rüstəm İbrahimbəyovdur.

Rüstəm müəllim bildirib ki, Bakıya gələcək, amma bir sıra işləri var. Hesab edirəm ki, onu tələsdirməyə ehtiyac yoxdur. İmkan verək görüşlərini keçirsin, sonra Bakıya gələr, bu məsələləri onunla müzakirə edərik. Bakıya gələndən sonra müəyyən müzakirələrimiz olacaq”.
Hakimiyyətin Rüstəm İbrahimbəyovu seçkiyə buraxmayacağı halda Milli Şurasının nə edəcəyi haqda suala Əli Kərimli belə cavab verdi ki, bu, tamamilə yeni situasiya demək olacaq: “Milli Şurada ölkənin ən tanınmış hüquqşünasları təmsil olunur. Onlar hüquqi incəlikləri əvvəlcədən elə işləyəcəklər ki, Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almamaq üçün hakimiyyətə heç bir bəhanə, səbəb verilməsin. Əgər hakimiyyət zorakılıqla, qanunu tapdayaraq, birləşmiş müxalifəti seçkiyə buraxmamaq qərarına gəlsə, bu, yeni situasiya olacaq. Milli Şuranın üzvləri də bunu müzakirə edib qərar verəcəklər. Ölkənin əksər ictimai siyasi qüvvəsinin bir araya gəlib yaratdığı koalisiyanın namizədini seçkiyə buraxmamaq seçkini ləğv etmək kimi bir şeydir”.

Kütləvi aksiyalar barədə

Kütləvi aksiyalara nə zaman başlanacağı haqda sualı cavablandırarkən Əli Kərimli dedi ki, hələlik bununla bağlı qərar yoxdur: “2013-cü il mitinqlərlə başlanmışdı, ilin əvvəlində bir neçə aksiya oldu. Həmin dövrdə biz belə qənaətə gəldik ki, demokratik qüvvələrin böyük birliyinə ehtiyac var. Biz xalqdan belə bir sifariş və mesaj almışdıq. Bunun nəticəsi olaraq demokratik qüvvələr Milli Şurada birləşdi.

Son bir neçə ayı məsləhətləşmələrə sərf etmişik. Belə hesab etdik ki, ayrı-ayrı partiyaların, qrupların təkbaşına mübarizəsindənsə, bir neçə ay ciddi müzakirələr aparıb ölkənin demokratik qüvvələrinin böyük birliyini yaradaq. Artıq buna nail olmuşuq. İyunun 21-də Milli Şuranın birinci sessiyası keçiriləcək. Sessiyada şuranın fəaliyyəti ilə bağlı müzakirələrə başlayacağıq. Ölkə müxalifəti Milli Şurada birləşdiyinə görə bu həssas dövrdə bizim ayrı-ayrılıqda tədbirlər keçirməyimiz düzgün olmaz. Şurada müvafiq qərarlar veriləndən sonra isə AXCP həmin qərarlara uyğun olaraq aksiyalarda öndə gedəcək”.

Milli Şura haqda

Əli Kərimlinin sözlərinə görə, Azərbaycan xalqı Mili Şuranın yaranmasını çox müsbət qiymətləndirir, xalq arasında canlanma, siyasi proseslərə maraq yaranıb: “Amma arxayınlaşma olmamalıdır. Geniş xalq kütlələri mübarizədə iştirak etməsə, bu, təmin olunmasa, Milli Şura həmin “ağ atlı oğlan” obrazını həyata keçirə, xalqın özü olmadan xalqı xilas edə bilməz. Bunu heç kim bacarmaz. Hamı bilməlidir ki, bir neçə lider, təşkilat bir araya gəlsə də, xalqın prosesdə yaxından iştirakı, dəstəyi olmadan xalqı azadlığa qovuşdurmaq mümkün deyil. Bunu ona görə deyirəm ki, xalqımız arxayınlaşmasın, Milli Şura çağıranda hamı gücünü ortaya qoysun, dəstək versin”.

İlham Hüseyn