İspaniyanın Malaqa şəhərində küçədə qəfil peyda olan öküz əvvəl maşına, sonra isə qarşısına çıxan qırmızı köynəkli kişiyə hücum edib. Bir neçə saniyə içində nəyin baş verdiyini anlamağa çalışan kişi 200 kiloqramlıq öküzlə döyüşməli olur. Özünü itirmədən öküzün boynunda yapışıb onu asfalta sıxır. Bundan sonra yaxındakı maşınların sürücüləri də onun köməyinə çatır və polis gələnə qədər öküzü saxlamaq mümkün olur. Bütün bunlar həvəskarlar tərəfindən çəkilərək Youtube yerləşdirilib. İspaniya mətbuatının yazdığına görə, öküz yük maşınından qaçaraq bir saat ərzində küçələri dolaşıb. «Torreador»la rastlaşana qədər iki avtomobilə hücum edib və iki nəfəri yaralayıb.
azadlıq.info