İP Koordinasiya Şurasının növbəti toplantısı keçirildi

İyunun 19-da İctimai Palatanın Koordinasiya Şurasının növbəti ənənəvi toplantısı keçirilib. Toplantı barədə məlumat verən Müsavat başqanı İsa Qəmbər qeyd edib ki, Koordinasiya Şurasının iclasında ölkədəki ictimai siyasi vəziyyət, müzakirə edilib. Həmçinin, Milli Şuranın iyunun 21-də keçiriləcək ilk sessiyası və orada müzakirə olunacaq məsələlər barədə İP KŞ üzlərinə məlumat verilib, fikir mübadiləsi aparılıb.
İ.Qəmbərin sözlərinə görə, İP KŞ-nın iclasında mərhum eks-prezident Əbülfəz Elçibəyin doğum günü (24 iyun) ilə bağlı tədbirlər həyata keçirilməsi də qərarlaşdırılıb. Koordinasiya Şurası Elçibəyin ailəsinin, yaxınlarının keçirəcəyi tədbirlərdə iştirak etməklə, onlara dəstək verməklə yanaşı, İP-in ayrıca tədbir keçirməsinə də qərar verib.