“Rüstəm bəyin namizəd olmasına problem yoxdur”

Eldar Namazov: «Rüstəm bəy ikili vətəndaşlıq ilə bağlı uydurmaları təkzib edir»

“Rüstəm bəyin nammzəd olmasına problem yoxdur. Rüstəm bəy daimi Bakıda yaşayır. Azərbaycan Kinomatoqrafçılar Ittifaqının sədridir. Bakıda fəaliyyət göstərən IBRUS teatrının rəhbəridir. Sadəcə olaraq, onun dünyada çox tanınmış sənətkar olduğundan tez-tez xaricə səfərlər edir, müxtəlif ölkələrdə kino və teatr layihələrinə rəhbərlik edir, həyata keçirir”.
Bu sözləri Milli Şura sədrinin aparat rəhbəri Eldar Namazov “Amerikanın səsi” radiosuna bildirib. O, əlavə edib ki, Rüstəm Ibrahimbəyovun ikili vətəndaşlığının olması barədə deyilənlər uydurmadır: “Rüstəm bəy ikili vətəndaşlıq ilə bağlı uydurmaları təkzib edir. Güman etmirəm ki, Milli Şura hansısa başqa namizəd axtarışına başlasın. Mən Rüstəm bəydən başqa Milli Şuranın vahid namizədi ola biləcək şəxsi görmürəm. Milli Şurada layiqli adamlar çoxdur, ancaq hamını bir araya gətirə biləcək şəxs Rüstəm Ibrahimbəyovdur”.