Qəzet satışına qadağa

Polislər onlara bununla bağlı göstəriş verildiyini deyirlər

“Qəzet satmağa imkan vermirlər. Deyirlər ki, çıxın gedin. Buralarda qəzet satmaq olmaz. Nizami rayonunda əldə qəzet satanlara mane olurlar” – bu sözləri “Azadlıq”a açıqlamasında Nizami rayonunda qəzet satan satıcılardan biri deyib. Onun sözlərinə görə, Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları deyiblər ki, əl yayımının qarşısını almaq üçün 4 maşın ayırıblar:
“Mənə açıq-aydın dedilər ki, qəzet satışının qarşısını almaq üçün 4 maşın ayırıblar. Kim əldə qəzet satırsa, tutub bölməyə aparırlar. Hətta mənə dedilər ki, lap sizə maaş verək, ancaq qəzet satmayın”.
Məlumatı verən şəxs deyir ki, onlara xəbərdarlıq edərək sərbəst buraxıblar: “Bizi cərimə ilə hədələdilər. Dedilər ki, qəzet satsaq cərimələyəcəklər”.
Mövzunu diqqətdə saxlayacağıq.