Bu da yeni Hürrəm (VİDEO,FOTO)

Yeni sultanın üzü görünməsədə səsləndirməni bu rola ən iddialı namizəd edib

Türkiyədə, eləcədə bir çox dövlətlərdə ən çox izlənilən türk serialı olan “Muhteşem Yüzyıl”ın yeni Hürrəm Sultanı bəlli olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, serialı yarımçıq qoyaraq Almaniyaya qaçan Məryəm Uzerlidən sonra Hürrəm sultan axtarışı sona çatıb. Serialın yeni seriyasının tanıtım anonsunda yeni Hürrəm ortaya çıxıb. 

Yeni Hürrəmin mövsüm finalındakı seriyada üzü görünməsə də, səsləndirməni bu rola ən iddialı namizəd olan Vahide Gördüm edib. 

 

Xatırladaq ki, Məryəm Uzerli artıq fiziki gücü qalmadığını əsas gətirərək çəkilişləri yarımçıq qoyaraq heç kimə xəbər vermədən Almaniyaya qayıdıb. Nəticədə serial yaradıcıları bir seriyaya görə, 1 milyon dollar civarında itgiyə məruz qalıblar. Aktrisaya Almaniyada “tükənmişlik sindromu” diaqnozu qoyulub.