ilham-ramiz

YAP-ın qurultayında Ramiz Mehdiyevi qarşılayan olmayıb

PA rəhbəri İlham Əliyevin olduğu otağa bu dəfə niyə dəvət almadı?

Yeni Azərbaycan Partiyasının “Buta Palace” sarayda keçirilən qurultayında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qurultayın təşkilatçıları tərəfindən sayğısızlıqla qarşılanıb. Hakim partiyanın adının çəkilməsini istəməyən funksionerlərindən birinin “Azadlıq”a verdiyi xəbərə görə, qurultaydan 20 dəqiqə əvvəl “Buta”ya gələn Ramiz Mehdiyevi qapıda qarşılayan olmayıb.
Bir neçə dəqiqə girişdə dayanan Ramiz Mehdiyev ona salam verən bəzi məmurlarla söhbətləşib. Daha sonra təşkilatçılardan oturmaq üçün yerinin hara olduğunu soruşub. Ramiz Mehdiyevə oturmaq üçün yeri göstərildikdən sonra o ayaqda qalmayıb.
Mənbəmiz onu da bildirib ki, Ramiz Mehdiyev “Buta”ya gələn zaman ölkə başçısı Ilham Əliyev, xanımı Mehriban Əliyeva və YAP-ın icra katibi Əli Əhmədov qurultay başlayana qədər ayrılmış xüsusi otaqda oturublar. Mənbəmiz onu da bildirib ki, YAP-ın əvvəlki qurultaylarında Ramiz Mehdiyev də ölkə başçısı ilə tədbir başlayana qədər xüsusi otaqda olarmış. Ancaq bu dəfə isə vəziyyət tamam fərqli olub.