Putin azərbaycanlı rəssama mükafat verdi (VİDEO)

Rusiya prezidenti Vladimir Putin Rusiyanın dövlət bayramı – Rusiya Günündə Kreml sarayında görkəmli dövlət və incəsənət xadimlərinə dövlət mükafatlarını təqdim edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mükafatın laureatları arasında azərbaycanlı rəssam Tahir Salahov da var.