Haqsızlığın qurbanı – iki Stalin mükafatlı filosof

Əzablı yollarla qazanılan yüksək karyera

 Azərbaycan fəlsəfi fikir tarixində müstəsna xidmətləri olan, öz əqidəsi naminə həyatını belə qurban verən filosof Heydər Hüseynovun adı yəqin ki, neçə-neçə nəsillərin yaddaşından silinməyəcək. Heydər Hüseynov 1908-ci il aprelin 3-də Irəvanda tacir Hacı Nəcəf Kərbəlayı Hüseyn oğlunun ailəsində anadan olmuşdur.

O, ailədəki altı uşağın ən kiçiyi idi. Heydər anadan olduqdan az sonra atası vəfat edir. Böyük qardaşı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. O, böyük qardaşı və anasının himayəsi altında böyümüşdür.

Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olmuşdur. O, 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.ÿ

Əmək fəaliyyətinə 1924-cü ildən başlamış, pedaqoji texnikumunÿkitabxanasında işləmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji Institutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmiş, 1931-1932-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Institutunun ÿaspirantı, 1936-1940-cı illərdə SSRI Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər Institutunun direktoru olmuşdur.

1939-1945-ci illərdə SSRI Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945-1950-ci illərdəÿAzərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi Institutunun direktoru vəzifələrini tutmuşdur.

Heydər Hüseynov 1930-cu illərdə fəlsəfə elmini tədris etməklə bərabər Azərbaycan dilində fəlsəfəyə aid “Dialektik materializm”, “Dialektika və metafizika”, “Dialektika və tarixi materializm” adlı ilk dərsliklərini filosof Əhməd ağa ilə birlikdə yazmışdı.

Alim 1932-ci ildən başlayaraq müxtəlif ali məktəblərdə fəlsəfədən dərs deyir. 1936-cı ildəÿAzərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak edir, 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik edir.

Heydər Hüseynov 15 iyun 1939-cu ildəÿTiflisÿşəhərində “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiya müdafiə etmişdir. O,ÿ1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, həmin il professor elmi adını almışdır.ÿ 

Heydər Hüseynovò ÿtarixÿ və fəlsəfə elminin inkişafına böyük töhfə verib. O, Azərbaycanÿ tərcüməÿ məktəbinin əsasını qoyub, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından olub. O, 100-dən çox elmi məqalə yazır. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi aparıb. 

Alim 1948-ci ildə “Tam Azərbaycan-rus lüğəti”nin yaradılmasına görə (1940-1946) Ikinci dərəcəli ÿStalin mükafatına layiq görülür.ÿHəmin dövrdə Heydər Hüseynov 733 səhifəlik “XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” fundamental əsər yazır və 1950-ci ilin mart ayında Üçüncü dərəcəli ÿStalin mükafatı alır.

Müridizmi təbliğ etməyin cəzası

Onun 12 illik fəaliyyəti ərzində 250-yə yaxın əsəri çap olunur, onlardan 33-ü monoqrafiya, kitab və kitabçalardır. Bu kitablar arasında ən məşhuru və onun intiharına səbəb olan “XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” adlı əsəridir. Bu əsər hər şeydən öncə Azərbaycan fəlsəfə tarixinin əsaslarının hazırlanmasına xidmət edirdi. Kitab çap olunandan sonra dostu Səməd Vurğun kitabın bir nüsxəsini SSRI Yazıçılar Ittifaqının baş katibi, Stalin mükafatları üzrə komissiyanın sədri Aleksandr Fadeyevə göndərir. Əsər tezliklə qeyd etdiyimiz yüksək mükafata təqdim olunur. Kitab rus dilində yazılmış, ilk dəfə 1949-cu ildə, ikinci dəfəÿ1958-ci ildə müəyyən ixtisarlarla çap edilmişdir. “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabının redaktoru akademik Aleksandr Osipoviç Makovelski (1884-1969) “Redaktorun ön sözü” adlı yazısında kitabı “XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk təcrübəsi” kimi dəyərləndirmiş, öz münasibətini bildirmişdir.ÿ 

“Vikipedia”nın görkəmli filosof haqqında yayımladığı məqalədə oxuyuruq ki, Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı respublika rəhbərlində dözümsüzlük vardı. 1950-ci ilin mayında Kommunist Partiyası Mərkəzi Komitəsinin büro iclasında onu ciddi tənqid edirlər.ÿOnun 19-cu əsrdə Qafqaz fəlsəfi fikir tədqiqi müridizmin təbliğ, sufizmin təqdiri kimi qəbul edilir. Göstərilir ki, kitabın müqəddiməsində – Imam Şamil mütərəqqi və demokratik bir lider, həmçinin azadlıq fenomen kimi göstərilir ki, bu da marksist ideyalarına ziddir, Şamil millətçi hərəkatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub. Azərbaycan KP MK SSRI Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsatətini qaldırır və vəsatət təmin edilir.

Ədalətsizliyə son çarə – intihar 

Əsərin Mirzə Kazımbəy hissəsində SSRI “əleyhinə” olan hissələr aşkara çıxarılır. Mirzə Kazım bəyin əsas tədqiqatlarından biri Şeyx Şamillə bağlıdır. Şeyx Şamil Peterburqda əsir saxlanılarkən Kazımbəy onunla iki dəfə görüşüb, onlar Qafqazdakı siyasi hərəkatlarla bağlı fikir mübadiləsi ediblər. Kazımbəy Şamilin xahişi ilə ona öz kitabxanasından on beş kitab bağışlayıb, birlikdə dəvət aldıqları Marinski teatrında “Katerina” və “Pəri” baletlərinə baxıblar.

Heydər Hüseynov bunları bilirdi, ona görə də Kazımbəy haqqında yazarkən müridizm məsələsinə toxunmamaq mümkünsüz idi. Lakin bu onun əleyhinə istifadə edilir. Mircəfər Bağırov 1950-ci il fevralın 14-dən 15-nə keçən gecə Heydər Hüseynovu yanına çağıraraq ondan yanlış düşündüyünü, mətbuatda Şeyx Şamilin türk və ingilis casusu olduğunu söyləməsini tələb edir, lakin o razı olmur. Bununla da öz taleyinin hökmünü verir. Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları və bəzi həmkarları tərəfində əsassız təqiblərə məruz qalır.

Heydər Hüseynov hər iki Stalin mükafatının pulunu yetimlər evinə bağışlamışdı.

Şeyx Şamilə görə repressiya olunan Hüseynova Şeyx Şamilin yurdundan dəstək gəlir. Hüseynov tutduğu vəzifəsindən azad olunandan sonra Rusiya Elmlər Akademiyasının Dağıstan filialının direktoru, SSRI Elmlər Akademiyasının müxbir üzvü Həbibulla Əmirxanov alimi öz yanında işə dəvət edir, lakin o, vəziyyəti dəyərləndirərək dəvəti qəbul etmir. 

Beləliklə, haqsız təzyiqlərə dözməyən və həbs ediləcəyini təxmin edən filosof ÿ15 avqustÿ 1950-ci ildə damarlarını kəsməklə ÿözünə qəsdÿ edir. 

Böyük filosofumuz, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov “Fəlsəfi fikrimiz ona laqeyd qalmaq olmaz” məqaləsində Heydər Hüseynovdan bəhs edərkən yazmışdır: “Akademik H.N.Hüseynov 40-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktatını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını elan etdi. Görkəmli tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı, Stalin mükafatına layiq görüldü. Lakin alimin öz xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə malik olduğunu aşkar söyləməsi imperiya ağalarının zəhmindən qorxan kölələrə xoş gəlmədi. XII əsrdə elminə görə hakim tərəfindən təqdir edilmiş, amal və qayəsinə görə isə öldürülmüş Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) taleyi XX əsrdə təkrar olundu”.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir