Günün ulduz falı (12.06.2013)

QOÇ

Çətin situasiyalarda özünü itirməmək və ətrafdakılarla dil tapmaq uğur gətirir. Günün hadisələri həyatınızda bir çox dəyişikliklərə səbəb ola bilər. Işgüzar danışıqlarda ehtiyatlı olun. Şəxsi müstəvidə dəyişiklik olmayacaq və bu sizi qane edəcək. 

BUĞA

Bu gün sizi xoş görüşlər və faydalı tanışlıqlar gözləyir. Professional sferada uğur qazanmaq mümkün olacaq. Yeni gəlir qaynağı da tapacağınız istisna deyil. Səfərlərdə uzun müddət yaddaşınızdan çıxmayacaq romantik tanışlıq baş verə bilər. 

ƏKIZLƏR

Gün yeni imkanlar bəxş edəcək. Çox işləyəcəksiniz, ancaq zəhmətiniz də hədər getməyəcək. Həmçinin gələcək qələbənin təməlini qoyacaqsınız. Layiq olduqlarınızla fəxr etməyə haqqınız var. Şəxsi müstəvidə isə vəziyyəti kökündən dəyişməli olacaqsınız.

XƏRÇƏNG

Ünsiyyətdə problemlər ola bilər. Günün ortalarında həyəcanlı xəbər alacaqsınız. Rəhbərliklə aranızda münaqişə ola bilər və çətin ki, sizin işinizdən razı qalsınlar. Neqativ emosiyaları işdən evə gətirməsəniz, ailə üzvlərilə münasibət korlanmayacaq.

ŞIR

Mötəbər şəxslərdən kömək istəməyə cəsarətli olan nümayəndələrin işləri yolunda gedəcək. Köhnə tanışlardan eşitdiyiniz məsləhətə qulaq asmağa dəyər. Bu gün hüquqi məsələləri həll etmək, dövlət rəsmiləri ilə görüşmək üçün əlverişli gündür. Günün ikinci yarısı gərgin keçəcək. 

QIZ

Iş baxımından məhsuldar gündür. Gəliriniz çoxalacaq. Ən əsası isə odur ki, bunun üçün artıq əziyyyət çəkməyəcəksiniz. Aktual problemləri yerində həll etmək həmişə mümkün olmur. Ancaq bir az fikirləşəndən sonra bu məsələləri də həll edəcəksiniz. Bu gün eşidəcəyiniz işgüzar təklifi rədd etməyin. 

TƏRƏZI

Uğurlu gündür, əla nəticələrə imza atacaqsınız. Faydalı tanışlıq da gözlənilir. Işgüzar görüşlər də xoş müstəvidə keçəcək. Şəxsi müstəvidə də yaxşılığa doğru inkişaf gözlənilir. Sevdiyiniz adam hər işdə sizə həvəslə yardım edəcək.

ƏQRƏB

Darıxmağa əsas yoxdur. Çünki həyatınızda maraqlı anlar yaşanacaq. Düzdür, bütün baş verənlərin hamısı xoş olmayacaq. Ancaq siz yaşananlarda pozitiv anlar tapacaqsınız. Işdə gözlənilməz dəyişiklik ola bilər. Yeni iş yerinin axtarışına çıxacaqsınız və tezliklə maraqlı təkliflər alacaqsınız.

OXATAN

Hadisələrin baş verməsindən asılı olmayaraq, daxili sakitliyinizi qorumağa çalışın. Romantik görüş üçün münasib gün deyil. Sevdiyiniz adamla ünsiyyət gözlədiyinizdən az sevinc bəxş edəcək. Uzun gəzintilərdən də uzaq durun. Yorulacaqsınız.

OĞLAQ

Professional mövqeyinizi möhkəmlətmək, yaxşı gəlir əldə etmək şansınız olacaq. Bəlli məsrəflərə hazır olun, qənaət etməyin. Maddi kömək üçün qohumlara müraciət etmək olar. Bir zamanlar verdiyiniz vədə sahiblənmək asan olmayacaq. Bu səbəbdən də yaxın ətrafla aranızda fikir ayrılığı ola bilər.

DOLÇA

Gəlirli işgüzar təklif ala bilərsiniz. Əsas odur ki, tələsməyin. Detalları hərtərəfli nəzərdən keçirin. Dostlarla ünsiyyət xoş olacaq. Təəssüf ki, bunu romantik münasibət üçün demək olmaz. Yaşlı qohumlarla aranızda mübahisə yaşana bilər. Qarşılıqlı hörmət və təmkinlik münasibətləri bərpa edəcək.

BALIQLAR

Gün professional sferada əhəmiyyətli proqress vəd edir. Ehtimal ki, gəliriniz olacaq. Yeni bilgilərə sahiblənəcəksiniz və onları təcrübədən tez keçirəcəksiniz. Ətrafdakılarla münasibət günün birinci yarısında yaxşı olacaq, amma axşama doğru vəziyyət əks yöndə dəyişəcək.