Unudulmaz qələm sahibi və maarifçi

Qutqaşin sultaninin ciliz oğlu… 

Azərbaycan ədəbiyyatinda və ictimai fikir tarixində unudulmaz adlardan biri olan Ismayil bəy Qutqaşinlini hamimiz taniyiriq. Onun adi tarixə həm yazdiği maraqli əsərlər, həm də böyük maarifçilik işləri iz qoyub. I.Qutqaşinli Azərbaycan ədəbiyyatina müasir nəsr, hekayə janrini gətirən yaziçidir.

Ismayil bəy Qutqaşinli ÿ27 yanvarÿ1806-ci ildəÿkeçmiş Qutqaşin mahalinda (indiki Qəbələ) anadan olmuşdur. Ailəsi ona bu adi Qurban bayraminda dünyaya gəldiyinə görə vermişdir.

Atasi Nəsrullah Sultan Qutqaşinÿ mahalinin son sultani olmuş,ÿAzərbaycan ÿRusiya ÿtərəfindən işğal edildikdən sonra həmin mahalin başçisi təyin edilmişdir. Həmin dövrdə keçmiş ÿxan ÿvə ÿbəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyasi onlarin uşaqlarini çar ordusunda zabit kimi əsir saxlayirdi. Belə təklif Nəsrullah sultana da gəlmişdir. O da oğlanlarindan ən cilizini, balaca Ismayili çar hökumətinə vermişdi.

Ismayil bəy 1822-ci ildə rus ordusunda xidmətə başlamişdir. Peterburqda dörd il kadet məktəbində oxumuşdur. 1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan alayinda siravi əsgər kimi hərbi xidmətə başlamişdir.

Ismayil bəy Qutqaşinli uşaqliq və gənclik illərində dini təhsil almiş,ÿərəb,ÿfars dilləriniÿ öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyati ilə yaxindan taniş olmuşdur. Xidmət illərində I.Qutqaşinli bir sira mütərəqqi rus ziyalilari ilə dostluq əlaqəsi yaratmiş, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadli Azərbaycan ziyalilarindan biri olmuşdur. Eyni zamanda o, Azərbaycanin böyük maarifçi alimləri -ÿMirzə Fətəli Axundzadə,ÿQasim bəy Zakir,ÿAbbasqulu ağa Bakixanovÿ və başqalari ilə yaxindan dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatinda “Paqonlu maarifçilər” adi ilə məşhurdurlar. 

“Vikipedia”nin görkəmli xadim haqqinda verdiyi bioqrafik məlumatda bildirilir ki, Ismayil bəy Rusiya-Iran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrində iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür. Müharibələr qurtardiqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə bağli olaraq Moskva, Peterburq, 1832-1836-ci illərdə isə Varşavada yaşamişdir. Onunla birlikdə Varşavaya gedənlər arasinda Abbasqulu ağa Bakixanovun kiçik qardaşi general-mayor Cəfərqulu ağa Bakixanov, kapitan Həsən bəy Ağalarov da vardi.

Qutqaşinlinin “səfərnamə”si

Qutqaşinli həmçinin hərbi işi dərindən öyrənmiş, siravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir. O,ÿ1841-ci ildə istefaya çixmiş və vətənə qayidaraq, Qutqaşin və Şamaxida yaşamiş, dərs demişdir. Rus ordusunda 25 illik xidmətdən sonra Ismayil bəy 1847-ci ildən Şamaxida “Bəy komissiyasi”nda işləmişdir. 

Ismayil bəy, Rus-Türk müharibələrində ruslarin tərəfindən müharibə apardiğina görə gələcəkdə bu hadisədən peşmanliq duyduğu söylənir. Ismayil bəyin bu fikrə düşməsində böyük qardaşi Qutqaşinli Şeyx Yəhya Əfəndi Dağistaninin rol oynadiği söylənilir.

I.Qutqaşinli 1852-ci ildə həyat yoldaşi Tutu xanim Bikə ilə Məkkəyə Həcc ziyarətinə getmiş, qayidandan sonra Şamaxida və Qutqaşinda yaşamişdir. Böyük ədib iki dəfə müqəddəs ÿHəcc ziyarətində olmuşdur. Bu səyahəti ilə əlaqədar “Səfərnamə” adli yol qeydlərini (1967-ci ildə çap olunub) yazmişdir. Əsər Qutqaşinlinin getdiyi yolun coğrafiyasinin öyrənilməsində böyük əhəmiyyət daşiyir. Hazirda bu əsərin cəmi 126 səhifəsi tapilmişdir. “Səfərnamə”nin bu nüsxəsi Şix baba pirindən tapilib, həmin nüsxəni Ismayil bəyin dostu Haci Əli Əfəndi üzünü köçürüb, bir çox kitablarin məhv edildiyi dönəmdə, əsərin qorunmasi üçün xalqin inam bəslədiyi pirdə gizlədilib.

Ismayil bəy istefaya çixdiqdan sonra Azərbaycan xalqinin maariflənməsində və oyanmasinda fəal rol oynamağa başlamişdir. O, 1849-cu ildə öz vəsaiti hesabina Şamaxi müsəlman məktəbi üçün bina kirayə edib, müəllim və xidmətçilərin maaşlarini ödəyib, istefaya çixdiqdan sonra həmin məktəbdə rus dili müəllimi kimi fəaliyyət göstərib. Ismayil bəyin qohumlarindan birinin dediyinə görə, Həccdən qayidarkən o, özü ilə bir qiz və bir oğlan qul alib və onlari Qutqaşinda azad edərək, yeni həyat qurmalarina səbəb olub. Digər bir əhvalata görə, Ismayil bəy Istanbulda olarkən, bir alverçidən şabalidin qiymətini soruşub, lakin alverçi onun görkəminə baxib deyib ki, “bu sənin xörəyin deyil”. Qüruruna toxunduğundan Ismayil bəy Qutqaşina xəbər yollayib ki, 40 dəvə yükü şabalid göndərsinlər. Şabalid gətirilib və Ismayil bəy onu camaata paylayib. Sultana xəbər çatdiğinda o bunun səbəbi ilə maraqlanib, həmin alverçi cəzalandirilib.

Heç kimin ayağina durmaği sevmədiyindən, həmişə evinə gələnlər onun ayaqüstə olduğunu görərmişlər, daima nökəri Çərkəzə kasiblara taxil paylamaq göstərişi verərmiş.

Xain düşmənlərin qurbani

Salman Mümtaz Ismayil bəyin sufi yolçusu deyil, kamil müsəlman olduğunu yazir. Ismayil bəyin Məkkə səfərinin kəşfiyyat xarakterli olduğu barədə də ehtimallar mövcuddur. Onun bu səfər əsnasinda Osmanliya bağli ərazilərdə hərbçilərlə görüşməsi bu fikri qüvvətləndirir. “Yol qeydləri”ndə kimlərlə görüşməsi, hansi əraziləri gəzməsi qeyd olunub. Hətta 1854-cü ilin aprelində Anadolu ordusunun marşali Zərif Mustafa paşa Ismayil bəyə gizli məktub göndərərək ondan Azərbaycan və Dağistanda Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş edib. Lakin bu məktub erməni polkovniki M.T.Loris-Məlikovun casuslarinin əlinə keçib. Buna görə də, 1855-ci ildən etibarən çar hökuməti Ismayil bəyi nəzarətə götürüb.

O, 1869-cu (bəzi mənbələrdə 1861-ci) ildə Ağdaş mahalinda karvansarada yemək yeyərkən həyat yoldaşi ilə birgə zəhərlənərək öldürülmüşdür. Bu xain oyunu ona Rusiyanin əli ilə ermənilər qurmuşdular. Ismayil bəy Qutqaşinli Tutu xanim Bikə ilə bərabər Qəbələdəki Soltanbaba qəbiristanliğinda dəfn edilmişdir.

Məlum olduğu kimi, Qutqaşinli yaradiciliğinin şah əsəri fransiz dilində yazilmiş “Rəşid bəy və Səadət xanim” əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa, bəzi mənbələrə görə Qutqaşinlinin “Tutu” adli əsəri də olmuşdur. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamişdir. Ismayil bəy “Miskin” təxəllüsü ilə şeirlər yazib. Onun adinin ilk dəfə çəkildiyi ədəbi qaynaq Hüseyn əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəaranin əşarina məcmuə”dir. Həmin məcmuədə verilmiş “Mədəd” adli mürəbbedə Qasim bəy Zakir oğlu və qardaşi oğlu ilə bağli bir problemlə bağli Ismayil bəyə müraciət edib.

Ismayil bəy Qutqaşinlinin adinin əbədiləşdirilməsi üçün Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə onun adi verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldilmiş, ev muzeyi yaradilmişdir. Indi Bakinin Yasamal rayonundaki mərkəzi küçələrindən biri də Qutqaşinlinin adini daşiyir.

“Azadliq”in Araşdirmaçi Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir