Putin Abbas Abbasovu təbrik etdi

Rusiya prezidenti Vladimr Putin “AzərRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovu təbrik məktubu göndərib. Putin Abbasovu 12 iyun – Rusiya Günü münasibətilə Azərbaycan icmasının nümayəndəsi kimi təbrik edib.
Rusiya prezidenti təbrikində “Əminəm ki, Vətənin taleyinə məsuliyyət hissi, vətənpərvərliyin və vətəndaşlığın çoxəsrlik ənənələri gələcəkdə də xalqlarımızı birləşdirəcək, böyük və əhəmiyyətli hədəflərə nail çatmağa kömək edəcək” deyə yazıb və A.Abbasova uğurlar diləyib.