Prezidentə Lənkəran terroru

Bəli, zəhmətkeşin, hansisa rayon sakininin, ümumiyyətlə, ölkə vətəndaşinin hər hansi siyasi təşkilata, hər hansi iqtidara qarşi öz etirazini müxtəlif şəkillərdə ifadə etmək hüququ var. Bu etirazçi dəstə on-on beş nəfər də ola bilər, on min-on beş min də. Fərq etməz. Əsas odur ki, kimlərsə çixir və sözünü deyir. Bu, qayət normal bir seydi. Keşkə hakimiyyət də bunu anlayaydi. 

Lakin etirazin formalari fərqli ola bilsə də, dəyişilməz bir şərt var. Hər şey qanun çərçivəsində. Əlbəttə, söhbət vətəndaşin Konstitusiyada təsbit olunan hüquq və azadliqlarinin dəyişilərək mürtəceləşmiş formasinda olan qanunlardan getmir, belə qanun və qərarlarin özünə qarşi çixilmasi lazimdi. Təbii ki, söhbət ayiq və öz hüquqlarina hörmət eləyən cəmiyyətdən gedir.

Dünən saytlarda bir xəbər yayildi. Lənkəranda AXCP rəhbərliyinə hücum olub, vəhşilik edilib, asayiş kobudcasina pozulub, soyuq silahdan, küt alətlərdən istifadə olunub. Yumurta, ümumiyyətlə, dövlət əhəmiyyətli statusu olan bir şeydi, ona sayğisizliq dövlətə sayğisizliqdi. Ancaq nə edəsən ki, yumurta Azərbaycan kimi antidemokratik ölkələrdə ən mədəni etiraz silahidi. Yəni etirazin bir az YAPişqan və çətinliklə təmizlənən formasi kimi.

Dediyim kimi, bu xəbəri oxudum. Təbii ki, bu, ilk belə hal deyil. Lakin sonuncusu kimi bu cür zəhmətkeş etirazi xüsusi önəm daşiyirdi. Çünki elə iki gün əvvəl dövlət başçisinin dilindən bu kəlmələr səslənmişdi:

“Çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasinda qurulsun. Əlbəttə, siyasi mübarizə olmalidir. Iqtidar-müxalifət münasibətləri də olmalidir”.

AXCP yetkilisi Asif Yusifli deyir ki, tədbir Icra Hakimiyyəti ilə razilaşdirilibmiş, yəni AXCP rayon şöbəsinin sədrinə evində keçirilməsinə. Bu, artiq yeni taktikadi. Yəni hakimiyyət sizin tədbirlərinizə mane olmur, yer ayirmasa da, öz evinizdə toplaşmağiniza etiraz etmir. Guya demokratiya mənzərəsi yaradirlar. Guya öz aləmlərində biclik eləyirlər. Ki, sonra hücumçularla bağli desinlər ki, onlar zəhmətkeşdi, bizim iradəmizdən kənardirlar. Əvvəla, sizin iradənizdən kənar bircə şey var – korrupsiyanin, rüşvətin, talanin ləğvi. Istəsəniz də, buna gücünüz çatmaz, çünki rejim onlarin üstündə qərar tutur.

Beləliklə, sitat gətirdiyim bu sözlərdən sonra məlum olur ki, bicliyi yaxşi bacarmayiblar. Adi zəhmətkeş müxalif partiya funksionerlərinin hərəkət və fəaliyyət trayektoriyasini bu qədər dəqiq bilə bilməz. Deməli, məlumat MTN tərəfindən ötürülüb. MTN isə dövlət qurumudu, hakimiyyətə tabedi və nəhayət, hakimiyyətin bicliyi dəvəquşu bicliyindən o yana keçmir. 

Məntiqlə belədi ki, əgər bu 50-60 nəfər zəhmətkeş mövcud hakimiyyəti və dövlət başçisini dəstəkləyir və buna görə də müxalifət nümayəndələrinin rayonlarda öz qanuni tədbirlərini, konfranslarini keçirməsinə qarşi çixirsa, məhz, dövlət başçisinin sitat gətirdiyim sözlərindən sonra, deməli, müxalifətə yox, elə dövlət başçisinin özünə, onun dövlətçilik dediyi şeyə qarşi çixir və qətiyyən dövlət başçisini dəstəkləmirlər. Bu terroru, bu zəhmətkeş üsyanini hazirlayanlar anlamirlar ki, onlar əslində bu terroru elə dövlət başçisinin dediyi dövlətçiliyə və onun özünə, sözünə qarşi icra ediblər. Lənkəranda qarşisi kəsilən də müxalifət nümayəndələri deyil, dövlət başçisinin özü və sözüdü. Bir anliq mənzərəni xəyaliniza gətirin. Müxalifətçilərin yerinə dövlət başçisini qoyun. Insan sevdiyinə, dəstəklədiyinə bu tərbiyəsizliyi edərmi? Həm də armaturla! Həm də müqəddəs yumurtayla! Polisin gözünün qarşisinda! Hələ bu ağilla Rusiyani, Qərbi, Irani aldatmaq istəyirlər. 

Nə isə, məncə, əlaqədar təşkilatlar bu terrorla bağli ölçü götürəcəklər…