Müxalifətçiləri döymək qanunun tələbidir

YAP-in qurultayi hələ də aktualdi, hələ də müzakirə mövzusudur. Ona görə yox ki, qurultay hər kəsi feyziyab edib, ya da YAP-in yeni namizədi hamini məmnun edib. Ona görə yox ki, qurultay müşavirə kimi keçirlib, prosedur qaydalarina əməl olunmayib. Bu qurultay 3-cü dəfə Azərbaycana rəhbərlik etmək eşqinə düşən insanin çixişina görə aktualdi. Mən bu çixişin hər cümləsindən sonra sanki, “müxalif fikirli insanlara ölüm” əmrini eşidirdim.  Prezident müxalifəti o qurultayda hər şeyə bənzətdi, belə insanlara qarşi amansiz mübarizədən söhbət açdi, onlari tarixin arxivinə göndərməkdən danişdi. 

20 ildir müxalifətdə olub, ancaq bir an da geri çəkilməyən insanlari tarixin arxivinə yalniz öldürməklə göndərmək olar. Amansiz mübarizə qətlə yetirmək, öldürmək anlamina gəlmirmi?

Mənim bu barədə əminliyim ötən gün AXCP üzvlərinə Lənkəranda hücumdan sonra yarandi. Dünənə qədər əllərində yumurta tutanlar, daş saxlayanlar, qorxutmaq istəyənlər, qurultaydan sonra əllərindəki yumurtani da, daşi da atmağa başladilar. Bu siraya “armatur” da əlavə etdilər. Yəni qorxutmaq istəmək əməli fəaliyyətlə yekunlaşdi.

Polis bu laqeydliyi, “zəhmətkeş”lər bu cəsarəti “Buta”daki qurultaydan almişdi. Qanusuzluq etmək üçün “vəsiqə” təmin edilmişdi.

Bu təkcə hakimiyyət ehtirasi deyil, bu yalniz müxalifətə nifrət deyil, bu həm də siyasi amneziyadir.

Özündən əvvəlki diktatorlarin, zülmkarlarin axirini görüb, bilib yadda saxlamamaq, bəlkə də Tanrinin zalimlari öz əli ilə cəzalandirmaq üsuludur. 

Bu ölkədə bütün sədləri keçə bilən “çempionlar” var. Ancaq onlar heç vaxt “qizil medal”a layiq görülməyəcəklər. Çünki bu “çempion”luq “protein”lərin hesabina əldə edilib. Yariş qaydalarinin pozulmasi hesabina əldə olunan qalibiyyət ifşaya məhkumdur.

Heraklit deyirdi ki, “qanun yolunda öz evinin divarlari uğrunda vuruşduğun kimi vuruşmaq lazimdir”. Bizim ölkədə isə qanunsuzluq yolunda başqasinin evinin divarlarin uçururlar. Nəticədə isə, qanunun qorunmasi uğrunda mübarizə aparmali olanlar, evinin uçurulmuş divarlarinin bərpasi ilə məşğul olur.

Dünyada bizim xalq qədər absurdlari müşahidə edən, bununla yaşayan ikinci xalq yoxdur. Məsələn, 600 min üzvü olduğunu iddia edən partiya, 6 nəfərin bir yerə toplanmasindan sarsinti keçirir. Bir tərəfdən müxalifətin olmadiğini iddia edib, digər tərəfdən müxalifəti tarixin arxivinə göndərmək istəyirlər. Bir tərəfdən Ermənistanla əlaqə quran ölkələri xain adlandirirlar, digər tərəfdən Ermənistana qaz satmaq eşqinə düşürlər. Bu cür faktlari sadalamaqla bitməz.

Bütün bu hallardan sonra xalqa hesabat vermək əvəzinə, 20 ildir Qarabağin 20 qariş torpağini geri qaytara bilmədiklərinin səbəbini açiqlamaq əvəzinə, 3 milyon Azərbaycan kişisinin niyə çörək pulu üçün dünyanin dörd tərəfinə səpələndiyini izah etmək əvəzinə, bütün platformasini müxalifəti söyməyə həsr edən bir zehniyyətlə üz-üzə qalmişiq.

Bir sözlə, biz öyrəndik ki, fərqli fikri boğmaq müstəhəbdir, müxalifətçiləri döymək qanunun tələbidir, cibə narkotik atmaq dövlətçiliyə xidmətdir, intellektual gəncləri həbs etmək təhlükəsizlik qaydasidir və müxalifəti söymək liderliyin ən yüksək zirvəsidir.

Şopenhauer deyirdi ki, “normal adamin 3-də 2 hissəsi iradə, 3-də 1 hissəsi intellektdir. Dahi adamin isə 3-də 1 hissəsi iradə, 3-də 2 hissəsi intellektdir”.

Bizim ölkədə isə normal adamlarin bütün hissəsi antimilli, dahi liderin bütün hissəsi isə millidir.