Klubda qalmağı daha məqsədəuyğundur”
“Çelsi” klubunun yeni baş məşqçisi Joze Mourinyo növbəti planlarını açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, çalışdırıcı komandanın kapitanı kimi elə Con Terrini görmək istəyir. O, həmçinin Fernando Torresi də komandasında görmək istədiyini bildirib:
“Con klubun kapitanıdır. Mən ondan çox razıyam. Fernandoya gəlincə, onun klubda qalmağı daha məqsədəuyğundur. Gəlin ona kömək edək və daha yaxşı nəticələr əldə edək”.
Hələ qəti bir qərar vermədiyini bildirən məşqçi Konfederasiyalar Kubokunun sonuna kimi gözləyəcəyini bildirib.