Rusiyanın İlham Əliyevə etimadı itib

“Moskvada hesab etməyəcəklər ki, Əliyev rejimi hər hansı digər hakimiyyətdən yaxşıdır”

MDB üzrə ekspert: “İlham Əliyev narahatdir. Onun narahatlığına əsas var»

«Müxalifət hakimiyyətin qeyri-demokratikliyini ifşa edərək tələblər irəli sürür»

Azərbaycanda antierməni əhvalı bu ölkə hakimiyyətinin davranış xəttindən çox özünə uyğunlaşdırdığı cəmiyyətdə geniş yayılmış trenddir. Bunu “Regnum” Informasiya Agentliyinə açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı, MDB dövlətləri Institutunun direktoru Konstantin Zatulin bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hakimiyyət dəyişikliyi olacağı təqdirdə bu əhval çətin ki, yumşala, yaxud aradan qalxa. Bununla belə ekspert əmindir ki, bu gün Bakı son bir neçə ildə özünün hər vasitə ilə artırdığı gərginliyi azaltmaq üçün müəyyən addımlar atır. Söhbət Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın müəyyən şərtlər daxilində Ermənistana qaz sata biləcəyi ilə bağlı bəyanatından gedir. “Azərbaycan arzuladığını zorla əldə etməyə can ataraq, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində vəziyyəti gərginləşdirir, müxtəlif formatlardan çıxır, əldə edilən razılaşmalardan və göstərilmiş mövqelərdən yayınır. Bu, alınmadi. Bu gün Bakıda görürlər ki, bir çox aidiyyəti heyətlər dəyişib, əvvəllər yetərli sayılan dəstəyin isə əslində xeyli zəif olduğu ortaya çıxdı”- deyə Zatulin qeyd edib. O həmçinin əlavə edib ki, indiki situasiyada rəsmi Bakının özünü konstruktivlik fənəri və sivillik mayakı kimi göstərməkdən başqa yolu yoxdur.
Konstantin Zatulin Azərbaycan ritorikasının nəzərə çarpan dərəcədə yumşalmasını payızda keçiriləcək prezident seçkiləri ilə əlaqələndirir. “Azərbaycan seçki gözləntisi ilə yaşayır. Ilham Əliyev narahatdir. Mən bunu hiss edirəm. Azərbaycan prezidentinin narahatlığına əsas var. Çünki daxili müxalifət hakimiyyətin qeyri-demokratikliyini ifşa edərək tələblər irəli sürür. Xarici amerikali dostlar köməyə tələsmir, əksinə, özləri müxtəlif QHT-lərlə Azərbaycan hakimiyyətinə problemlər yaradır, Azərbaycanın siyasi arenasına müxalifətin gözü ilə baxır”,- deyə Zatulin vurğulayıb.
Rusiyaya gəldikdə, Zatulin qeyd edib ki, orada Ilham Əliyevin tam və qeyd-şərtsiz mövqeyinə zəmanət vermirlər. “Moskvada elə-belə, səbəbsiz hesab etməyəcəklər ki, Əliyev rejimi hər hansı digər hakimiyyətdən yaxşıdır. Əvvəllər Bakıda hesab edirdilər ki, Rusiya istənilən halda müxtəlif təhlükələrdən qaçmaq üçün (islamçıların, milliyyətçilərin mümkün yüksəlişi) hazırkı hakimiyyətə dəstək verəcək, bu gün bu yalnış əminlik yavaş-yavaş arxa plana keçir. Əliyevin özü son vaxtlar xeyli artıq sözlər danışıb, elə təcrübədə də göstərib ki, Moskva ilə oyun aparır. Xeyli nümunə var – Qəbələ RLS, Suriya məsələsi ilə bağli faktorlar, Iranla çəkişmə, hələ Ermənistana münasibətdə mövqeyi demirəm. Bundan əlavə, Rusiyanın özü Azərbaycanın böyük şimal qonşunun qeyd-şərtsiz dəstəyinə inamının olmasında maraqlı deyil”,- deyə ekspert qeyd edir.
MDB dövlətləri İnstitutunun direktoru bildirib ki, Ilham Əliyevin ölkənin daxilində qeyri-müəyyənliyə gətirib çıxaran əsas xətalarından biri bir neçə il əvvəl həllini üzərinə götürdüyü məsələnin əvvəlcədən bəlli olan tələsik uğursuz strategiyasıdır: “Azərbaycan hakimiyyəti hesab etdi ki, qısa müddətdə məsələni öz xeyrinə həll etmək üçün iqtisadi, siyasi və diplomatik potensialı yetəcək. Bu strategiyanın tərkib hissələri münaqişə zonasında daima hərbi gərginliyin artırılması, ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistana təzyiqi artırmağa vadar etmək, Ermənistana öz iradəsini diqtə etmək cəhdi idi. Yeri gəlmişkən, Azərbaycanın özünə əminlik dərəcəsini kəskin artıran səbəblərdən biri Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mane olmaq cəhdi idi. Bu, cəhd uğurla nəticələndi. Bu yanlış olaraq belə nəticəyə gətirib çıxardı ki, hər şey Bakının əlindədir. Gördüyümüz kimi, nəticə yenə də yoxdur, ancaq bu davakar mövqe bu gün nəticələrini verir. Indi Əliyev manevr etmək məcburiyyətindədir”. Zatulin eyni zamanda xatırladır ki, Bakı məqsədinə çatmaq üçün xeyli vəsait xərcləyib, səylər sərf edib. “Ildən-ilə hərbi büdcənin artması ona gətirib çıxardı ki, bu gün o, regionda ən böyük büdcədir və Ermənistanın büdcəsi ilə müqayisə edilir. Nəticədə ortaya belə bir mənzərə çıxır: Azərbaycanın bu kursunun məntiqində müharibəyə başlamaq lazımdır, ancaq Bakı onu başlamaq istəmir və bacarmır da. ”Istəmir” üçün səbəb çoxdur. Məsələn, bu, böyük kapital itkisinə səbəb olacaq. Azərbaycanın hazırkı prezidentinin atası da hakimiyyətə çaxnaşma zamanı gəlib. O yaxşi başa düşür ki, qeyri-stabilliyin özü gözlənilməz nəticələrə səbəb ola bilər. Kiçik Əliyevin belə bir təcrübəsi yoxdur. Ona görə o, ritorikada çox dərinə gedib, rəsmi bəyanatlar, artıq şeylər danışıb. “Bacarmır”a gəldikdə, – heç kim bunu təqdir etməyəcək, dəstəkləməyəcək və imkan verməyəcək”,- deyə ekspert əminliyini dilə gətirir.