ARDNŞ prezidenti Rövnəq Abdullayev bir müddət öncə maraqli bir açiqlama ilə çixiş etmişdi. Bu açiqlama adli təklifin yiyəsi bəlkə də başqa bir şəxs olsaydi, çoxdan aqibəti bəlli olmuşdu. Əlqərəz, Neft Şirkətinin rəhbəri demişdi ki, Azərbaycan humanist bir ölkə kimi Ermənistana qaz verə bilər. Əlbəttə ki, Ermənistan tərəfi bu barədə müraciət etsə.
Doğrudur, həmin açiqlamani rəsmi çevrələr birtəhər ört-basdir etdi. Amma maraqlisi budur ki, həmin təkliflə müxalifət düşərgəsindən kimsə çxiş etsəydi, görəsən, hökumət ona qarşi hansi addimi atardi?
Neftçilərin Hüquqlarini Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanli müxalifət təmsilçisinin sözügedən təklifinin cavabinin ən azi həbslə nəticələnəcəyini söyləyir. Mirvari xanim qeyd edir ki, müxtəlif istiqamətlərlə bağlı ölkə QHT-ləri indiyədək müəyyən layihələr həyata keçirib. Bu sirada “xalq diplomatiyasi” və ya Azərbaycan-Ermənistan QHT-ləriylə görüşlər olub: “Amma həmin tədbirlərin iştirakçilari xalq düşməni adlandirilib. Bu mənada nəinki siyasi liderlər, hətta hansisa bir layihə həyata keçirən QHT-ləri də ”vətən xaini” adlandirar, hökumət telekanallari və qəzetləri onlari hədəfə götürərdülər. Təəccüblüsü odur ki, indi vətənpərvərlik də ikiyə bölünüb. Halbuki, hökumət rəsmiləri və müxalifət düşərgəsinin nümayəndələri də hamisi bir dövlətin vətəndaşlaridir. Hansisa siyasi fikri demirəm, müxalif düşərgəsindən bir nəfərin öz çixişinda Ermənistana müəyyən şərtlərlə qaz satmaq təklifi həbslə də nəticələnə bilərdi. Onun haqqında film də çəkə bilərlər, ailəsini təhdid də edə bilərlər. Ölkə Hazırda heç bir yerdə görünməyən iki hissəyə bölünüb. Belə görünür ki, iqtidarın hər cür açiqlama vermək, fikir azadliği var, müxalifətin bir söz dediyinə görəsə onu həbs edib ailəsini də basqilara məruz qoya bilərlər”. M.Qəhrəmanli heç bir məntiqə siğmayan belə ikili münasibətin ölkə vətəndaşlari arasinda qarşidurma yaratdiğini da istisna etmir. Bu baximdan dövlətin öz vətəndaşlarina, onlarin fikir-söz azadliğina qarşi ayrı-seçkilik salmasinin heç bir qanuni əsasi yoxdur.
Nigar


