Araşdırmaçı-jurnalist Xədicə İsmayılova 400 manat cəriməni ödəməkdən imtina etdiyi üçün 220 saatlıq ictimai işlərə cəlb olunacaq.
Bu barədə iyunun 10-da Bakının Binəqədi rayon Məhkəməsi qərar verib.
Xədicə İsmayılova qərardan apellyasiya şikayəti verəcəyini söyləyir.
Jurnalist 26 yanvar aksiyası zamanı cərimələnmişdi.
Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət İdarəsi cəriməni ödəməkdən imtina etdiyi üçün Xədicə İsmayılı məhkəməyə vermişdi.


