“Azərbaycan” qəzetindən aeroport saxtakarlığı

Britaniyanın “Skutraks” tədqiqat şirkəti sərnişinlərin rəyini nəzərə almaqla dünyanın ən yaxşı hava limanlarının siyahısını hazırlayıb. Reytinq cədvəlində ilk 5 yeri Hon-Konq Beynəlxalq Hava Limanı(Çin), Sinqapur Beynəlxalq Hava Limanı(Sinqapur), Inçhon Beynəlxalq Hava Limanı(Cənubi Koreya), Münhen Hava Limanı(Almaniya) və Pekin Beynəlxalq Hava Limanı (Çin). 
Lakin bu barədə material hazırlayan rəsmi dövlət qəzeti “Azərbaycan” hava limanlarının sırasına birini də əlavə edib: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.
Qəzet materialı elə təqdim edib ki, sanki reytinq cədvəlinə “Azal”ı aeroportu başçılıq edir. Görünür, “Azərbaycan” qəzeti “Skutraks”ın hazırladığı reytinq cədvəlini təhrif edərkən bu saxtakarlığın diqqət cəlb etməyəcəyini düşünüb. Və Azərbaycan oxucusunu asan şəkildə aldatmağa cəhd edib.