AXCP Oğuzda toplandı (FOTO)

AXCP rəhbərliyi hər həftə olduğu kimi ötən həftə də əyalət rayonlarinda yerli cəbhəçilərlə görüşlər keçirib. Xəbər verdiyimiz kimi Lənkəranda belə bir görüşün keçirilməsi mümkün olmadi.
Cəbhəçilərə xəsarət yetirildi, maşinlari yararsiz hala salindi, yumurta və daş atəşinə tutuldu. Bütün bunlar polisin gözü qarşısında baş verdi.
Ancaq Oğuz rayonunda cəbhəçilərin görüşü uğurlu alindi. AXCP sədrinin müavini Gözəl Bayramli, AXCP Ali Məclis sədrinin müavini Iradə Əliyeva və AXCP Qadinlar Şurasinin üzvü Nüşabə Atakişiyevanin iştiraki ilə Oğuzda genişləndirilmiş müşavirə keçirilib. 60-a yaxin cəbhəçinin iştiraki ilə keçirilən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Milli Şuranın yaranmasi, məqsədləri, partiya üzvlərinin təşkilatlanmasi, seçkilərə Hazırliq müzakirə olunub.
AXCP sədrinin müavini Gözəl Bayramli çixiş edərək Oğuz cəbhəçilərinə geniş məlumat verib. Yerli cəbhəçilərin qarşısında duran vəzifələri xatirladib və cəbhəçilərin suallarin cavablandirib.
AXCP Oğuz rayon təşkilatinin sədri Əvəz Məmmədov da çixiş edərək Milli Şuranın yaranmasını dəstəklədiklərini, birlik istiqamətində atilan addimlarda AXCP-nin tutduğu prinsipial və ardicil mövqeyə görə qürur duyduqlarini bildirib.
Iradə Əliyeva qəzetimizə açiqlamsinda bildirdi ki, yerli cəbhəçilər yüksək mübarizə əhval-ruhiyyəsindədilər və ölkədə demokratik dəyişikliklərin olacağina əmindilər: “Tədbirdə xeyli sayda gənc iştirak edirdi. Yerli cəbhəçilər çixişlarinda partiyanin mübariz mövqeyini, birlik istiqamətindəki addimlarini yüksək qiymətləndirdilər. Seçkiyə qədər yeni dayaq dəstələrinin, gənclər komitəsinin yaranacağindan danişdilar. Müşavirə uğurla başa çatdi və heç bir kənar müdaxilə olmadi”.

Ilham Hüseyn