İnsanları müqavimət göstərməyə səsləyən 11 terrorist qrupun təsbit edildiyi iddia edildi; AKP-də vəziyyətin qarışdığı barədə məlumatlar yayıldı
Adanada “Gəzi Parkın”dakı aksiyalara müdaxilə edərək etirazçıları təqib edən komisar Mustafa Sarı 5 metr yüksəklikdən yıxılaraq ağır yaralanıb. Xəstəxanada bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Istanbulÿ”Gəzi Parkı” etirazlarına dəstək üçün dünən axşamdan başlayaraq yürüşlər təşkil edilib. Saat 23:00 da Adana AK Parti IL nazirliyi önündə 500 nəfər adam “Hökumət istefa” şüarları səsləndirib. Polisin xəbərdarlığına baxmayaraq etiraz edənlər yürüşü davam etdiriblər. Polislər etirazçılara üz tutaraq “təxribatçılara uymayın, sizləri sevirik. Etirazınız qanunsuzlaşmaq üzrədir” anonsları verib. 45 dəqiqiəlik xəbərdarlıqdan sonra, etirazların davam etdiyini görən polis təzyiqli sudan istifadə edib. Hadisələrdə təxminən 25 aksiya iştirakçısı polis tərəfindən saxlanılıb, 1 nəfər isə yaralanıb.
Rizədə də “Gəzi Parkı”nda yaşanan olaylara etiraz edən Türkiyə Gənclik Birliyi üzvləri ilə polis arasında gərginlik yaranıb. Polis bibər qazı ilə toplaşanları dağıtmaq istəsə də bu mümkün olmayıb. 3 saat davam edən gərginlik Rizə bələdiyyə başqanı Halil Bakırıcının etirazçıları razı saldıqdan sonra başa çatıb.
Bu axşam “Gəzi Parkı”nda nəzərdə tutulmuş konsert proqramı da ləğv edilib. “Gəzi Parkı” konserinə hayır” haştağı ilə başladılan kampaniyaya minlərlə dəstək mesacları gəlib. Insanlar ölülər və ağır yaralılıarın olduğu halda konsert verilməsini düzgün saymadıqlarını bildiriblər.
Türkiyənin Avropa Birliyi Naziri Egemen Barış bildirib ki, Türkiyədəki etirazlar bir ağacın kəsilməsi səbəbiylə başlasa da sonradan xoşagəlməz hallar baş verdi və təxribat xarakterli görüntülər təsbit edildi: “Xalqı etirazlara səsləyən 11 terrorist qrup təsbit etdik və onlar bu aksiyanı vandalizmə döndərmək istəyirlər”.
Məlumatlara görə, AK parti daxilində də gərginlik hökm sürür.
Afrika səfərindən öncə “evlərində zorla tutduğumuz 100 də 50 var” deyən Ərdoğanın böyük bir coşqu ilə qarşılanması fikri ortaya atılıb. Gənclərdən ibarət qrup bu fikri bəyənsə də, partiyanın yaşlı üzvləri bunun ölkədə gərginliyi daha da yüksəldəcəyini bildirib.
Məlumatlarda bildirilir ki, AKP daxilində geniş müzakirələr gedir. Ərdoğanın etirazların böyüdüyü bir vaxtda, kəskin çıxışlar etməsi partiya daxilində də narahtlıq yaradıb.
Ancaq, AKP-də Gülün yanaşmasını da düzgün hesab etməyənlər var. Abdullah Gülün “sandıq hər şey deyil” açıqlamasını hökumətin əlini zəiflətmək kimi qiymətləndirənlər də var.
Gəzi parkında baş verənlərə Fətullah Gülən də münasibət bildirib: “Biz bəzən bir haqsızlığı basdırmaq üçün 50 cür haqsızlıq edirik, 50 cür zülmə giririk. Öhdəsindən gələ bilmədiyimiz vəziyyətlərin yaranmasına səbəb oluruq. Insanlara zərər veriləcək, canı, malı məhv ediləcək ancaq bunların heç bir məntiqi olmayacaq. Pansiyonlara, evlərə, məktəblərə, banklara ”Molotov” kokteyli atılması, pəncərələrin qırılması hansı məntiqə sığır? Düzdür insanların hamısı pəncərə qıran deyil, həqiqətən haqqını tələb edənlər də var. Indi dünyanın bütün media orqanları Türkiyənin əleyhinədir. Sanki, qiyamət qopub. Suriyada qiyamət qopur məhəl qoymurlar, Iraqda qiyamət qopur heç kimə maraqlı deyil, dünyanın fərqli yerlərində bombalar partlayır ciddiyə almırlar. Ancaq Türkiyə inkişaf etmiş bir ölkədi, bölgədə bəlli bir nöqtəyə gəlmiş bir dövlətdi. Bizi küncə dirəmək istəyində olanlar var. Olan oldu artıq. Sistemi yenidən gözdən keçirmək lazımdır”.
Ilham


