Dağıstanlı icra başçısı Azərbaycana qaçarkən tutuldu

Dağıstanın Tabasaran rayonun icra başçısı Nurmaqomed Şixmaqomedov saxlanılıb. Lent.az-ın Dağıstan Dövlət Televiziyasına istinadən verdiyi məlumata görə, Şixmaqomedov Azərbaycanla sərhəddə tutulub. Məlumata görə, icra başçısı külli miqdarda dövlət əmlakını mənimsəməkdə şübhəli bilinir.