Azərbaycan Lüksemburqla bacarmadı

Azərbaycan yığma komandası futbol üzrə «DÇ-2014» seçmə mərhələsində növbəti oyununu keçirdi.  Lüksemburq yığmasını qəbul edən Azərbaycan millisi bu dəfə də qələbə qazana bilmədi. Hesabı 71-ci dəqiqədə Ruslan Abışov açdı. Lakin 81-ci dəqiqədə Lüksemburq yığması hesabı bərabərləşdirə bildi. 85-cı dəqiqədə Azərbaycan yığması meydanda azlıqda qaldı. Branimir Subaşiç qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk etdi. Oyun 1-1 hesabı ilə başa çatdı.

azadlıq.info