Azərbaycan hakimiyyəti nəzarətində olan KIV-lərə, xüsusilə telekanallara Türkiyədə baş verən hadisələrlə bağlı materiallar yayımlamamağı tapşırıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, hökumətin bu qadağası iki səbəblə bağlıdır. Birinci, hakimiyyət Türkiyədəki etiraz aksiyalarının Azərbaycana da təsirsiz ötüşməyəcəyindən ehtiyatlanır. Bu hadisələrlə bağlı təkcə iyunun 1-də Bakıda iki aksiya keçirilməsi iqtidarın narahatlığına səbəb olub.
Digər tərəfdən iqtidar Ərdoğan hakimiyyətinin qəzəbinə gələcəyindən ehtiyat edir. Hakimiyyət düşünür ki, Türkiyə hadisələrinin Azərbaycanda geniş işıqlandırılarsa analoji addımı Ərdoğanın nəzarətində olan media quruluşları Bakıya qarşı ata bilər. Yəni Azərbaycan həqiqətləri Türkiyə mediasına ayaq açar. Bu isə seçki ilində hakimiyyətin maraqlarına ziddidir.


