Keçmiş deputat heyrətamiz marşla gündəmə gəldi
“İllərin zülmünə dözürsən hələ… Çarən tapılmaz ki, oturub baxsan… Yenidən birliyin zamanı gəlib…”
“Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev yeni əsər yazıb. “Susma!” adlı əsər marş janrında bəstələnib. Əsər son illər ölkəmizdə baş verən haqsızlıqlara, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına, demokratik prinsiplərin kobudcasına tapdanmasına qarşı etiraz olaraq qələmə alınıb. Klipdə son illər Fəvvarələr bağında keçirilən aksiyalardakı görüntülərdən istifadə olunub.
Həmçinin 2003-cü ilin 16 oktyabrında Azadlıq meydanında seçki saxtakarlığına etiraz edən insanların polislər tərəfindən vəhşicəsinə döyülməsi səhnələrinə də yer verilib. Mahnının musiqisi ilə yanaşı sözləri də Hüseyn Abdullayevə məxsusdur. Müəllif xalqı öz haqqı uğrunda mübarizə aparmağa səsləyir. Əsərin ortasında mahnının sözlərindən bir bənd şeiri H.Abdullayev öz səsi ilə səsləndirir. Və bu, əsərə ayrı bir kolorit qatır.
H.Abdullayevin bu əsəri ilk dəfə təqdim olunur.