Qoç
Gün kifayət qədər əyləncəli macəralar, o cümlədən romantik anlar vəd edir. Bu gün çox cəlbedici olacaqsınız. Bir zamanlar həyatınızda vacib rol oynamış adamla görüşəcəksiniz. Xroniki ürək-damar xəstəliyi olanların bu gün daha diqqətli olması lazımdır.
Buğa
Bu günü adi gün hesab etmək olmaz. Çox hadisələr baş verəcək, amma onların bəziləri sizi sevindirməyəcək. Ehtimal ki, əhvalınız da korlanacaq. Bürcün nümayəndələrinin öz işlərinə marağı azalacaq. Sizdən asılı olan əlaqələrə diqqət yetirin. Siz onlara daha çox təzyiq göstərməklə onların azadlıqlarını müəyyən qədər məhdudlaşdırırsınız.
Əkizlər
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadır və buna nail olacaqlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə başgicəlləndirən imkana sahib olacaqsınız.
Xərçəng
Günün birinci yarısı istənilən faydalı işlərin reallaşması üçün uğurludur. Zəhmətinizin dəyərləndirilməsi baxımından çox məhsuldar gündür. Yaxşı olar ki, böyük məbləğli xərcliklərdən uzaq durasınız. Ətrafdakılar sizi dəstəkləyəcək, tərifləyəcəklər. Buna baxmayaraq, özünüzü narahat hiss edəcəksiniz.
Şir
Həyatınızda ciddi dəyişikliklər baş verəcək. Bu gün adətlərinizi dəyişmək asan olacaq. Yaradıcılıq potensialı yüksək olacaq. Özünüzə inam güclü olacaq və bu, sizi daha cəlbedici edəcək. Bu səbəbdən mənəvi dəstəyə ehtiyacı olanlar sizə müraciət edəcəklər.
Qız
Istənilən tənqidi baxışa kritik yanaşırsınız. Sizin üçün özgəsinin fikri sizinkindən daha üstündür. Yeni tanışlarınızın xoşuna gəlmək üçün can atacaqsınız. Günün ikinci yarısında səhhətiniz korlana bilər.
Tərəzi
Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Amma xırda mübahisələr yaşanmaq ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz isə lənglik nümayiş etdirirsiniz.
Əqrəb
Ən yaxşı xüsusiyyətlərinizi bu gün parlaq nümayiş etdirəcəksiniz. Bürcün bəzi nümayəndələri rəğbət bəslədikləri şəxsin etimadını qazana biləcəklər. Günün ikinci yarısı sizin üçün əhəmiyyət kəsb edən adamla ünsiyyətdə olmaq baxımından münasibdir. Ehtimal ki, çoxdankı mübahisəli ailə məsələsinə son qoyacaqsınız.
Oxatan
Sizin güclü müşahidə etmək qabiliyyətiniz gününüzü uğurlu edəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür. Ətrafdakılarla diqqətli davranın, əks halda, münaqişə qaçılmazdır.
Oğlaq
Bugünkü hərəkətləriniz özünüzdən çox, başqalarına fayda verəcək. Bununla belə, siz başqalarına yardım etməkdən sevinc duyacaqsınız və onlardan qarşılıq ummayacaqsınız. Başqa şəhərdə, ölkədə yaşayan adamla görüş üçün uğurlu gündür. Səfərə çıxsanız, yolda xoş sürprizlər yaşayacaqsınız.
Dolça
Gün pozitiv emosiyalarla zəngindir. Ehtimal ki, yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən uğurla gələcəksiniz. Yüksək məbləğli pul, yaxud da qiymətli hədiyyə alacağınız da gözlənilir. Günün ikinci yarısını evdə keçirməyiniz məsləhətdir.
Balıqlar
Riskə getməyin. Gün ciddi problemlər yaşadacaq. Istənilən maliyyə işi ehtiyatlı olmağı tələb edəcək. Bu sferada riskə getmək olmaz. Bu gün borca pul almayın və izdihamlı yerlərdə olmayın. Bürcün tənha nümayəndələri üçün bu gün yeni tanışlığa imza atmaq çətin olmayacaq.