Günün ulduz falı (02.06.2013)

QOÇ

Gərgin gündür. Bu gün sizinlə bir kimsə dil tapa bilməyəcək. Bu səbəbdən də hamı sizdən gen durmağa çalışacaq. Başqalarının da qanını qaraltmaqla zəhlətökən olmayın.

BUĞA

Günün başlaanğıcı heç də xoş keçməyəcək. Ancaq getdikcə pozitiv emosiyalar özünü göstərəcək. Ev işləri ilə məşğul ola bilərsiniz. Səliqə-səhmana ehtiyacınız var.

ƏKIZLƏR

Hamıya etibar etməyin. Yeni ideyalarınızı paylaşmağa tələsməyin. Onları reallaşdıra bilməsəniz lağ obyekti ola bilərsiniz. Yalnız etibarınızı qazanan dostlarla planlarınızı müzakirə edin.

XƏRÇƏNG

Çox işlər görmək həvəsi sizi daha da geri atacaq. Bir sözlə, çox istəməklə azdan da olacaqsınız. Planlı şəkildə hərəkət edin. Xüsusilə də düşünülməmiş addımlar bu gün üçün arzuedilməzdir.

ŞIR

Evdə dizayn dəyişikliyi aparmaq istəyi baş qaldıracaq. Son zamanlar tez-tez dəyişiklik etməklə həyatınıza yenilik gətirməyə çalışırsınız. Bəziləri sizi buna görə qınayacaq. Ancaq forma dəyişikliyi mənəvi istirahətinizə də təsir edəcək.

QIZ

Əhvalınız axşama qədər yaxşı olacaq. Sevdiyiniz şəxs diqqət və qayğısını əsirgəməyəcək. Bundan xüsusi zövq alacaqsınız. Yeri gəlmişkən, bu baxımdan bəziləri sizə həsəd də aparacaq. Xoşbəxtliyin çox sürməsi üçün özünüz də təşəbbüskar olun.

TƏRƏZI

Böyük məbləğli alış-veriş məsləhət deyil. Planlaşdırılmamış iş görməyin. Öz səhviniz üzündən xoşagəlməz situasiyay düşmək ehtimalı da istisna deyil. 

ƏQRƏB

Uğurlu gündür. Qiymətli hesab etdiyiniz informasiyanı heç kimlə bölüşməyin. Çünki bu gün bütün sirlərinizin faş olacağı gözlənilir. Işgüzar danışıqlarda inadkar olun. Əks halda sizin etibarınızdan istifadə edə bilərlər.

OXATAN

Gününüz uğurlu keçəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür. Ətrafdakılarla diqqətli davranın, əks halda münaqişə qaçılmazdır.

OĞLAQ

Bu gün nə qədər az danışsanız, bir o qədər faydasını görərsiniz. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək.

DOLÇA

Bu günə planlaşdırılan bütün işlərin öhdəsindən tez və keyfiyyəli gələcəksiniz. Bu səbəbdən yaxınlarla birlikdə istirahət etmək üçün zamanınız qalacaq. Ehtimal ki, çoxdanki arzunuz reallaşacaq.

BALIQLAR

Gün mühüm əhəmiyyət kəsb edən sürprizsiz ötüşəcək. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz isə onları mütəəsir edəcəksiniz.