Wake Forest Universitetinin regenerativ tibb sahəsi üzrə mütəxəssis alimləri transplant sahəsində inqilab edəcək yeni layihə üzərində çalışırlar. “Biz insan qaraciyərini ixtira edən ilk biomühəndis qrupuyuq. Bu o deməkdir ki, bizim istifadə etdiyimiz bütün hüceyrələr insan mənbəyindən götürülüb. Bu bütün hücrələri götürdükdən sonraki haldır”
Kiçik heyvan qaraciyərinə yuyucu maddə tətbiq etdikdən sonra bütün heyvan hüceyrələrini kənarlaşdıraraq qaraciyərin kollagen eşafot formasını əldə edirik. Daha sonra həmin bu eşafota insan hüceyrələri əlavə edirik. Bunlar da ki, onu doldurmaq üçün böyüyəcək. “Biz saplaq və progenitor hüceyrələrindən istifadə edirik. Biz onları xüsusi məhlulda inkişaf etdiririk və sonra onları qaraciyər eşafotuna və ya qara ciyər düzəltmək üçün biomateriala yükləyirik.” Nəticə? Bapbalaca insan qaraciyəri. Vədedicidir, ancaq gediləsi yol uzundur. “Biz insan qara ciyəri ölçüsünü əldə etmək üçün bunu yüzqat böyütməliyik.”