“Avropa Birliyi Azərbaycanda açıq və şəffaf seçki istəyir”

Avropa Birliyi seçkilərə müşahidə missiyası göndərməyə hazırdır

Bunu iyunun 1-də jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib. O deyib ki, AB bu məsələdə Azərbaycana dəstək verməyə hazırdır:

«Hər zaman olduğu kimi, biz seçkilərə müşahidə missiyası göndərməyə və yerlərdə seçkinin monitorinqi üçün bütün ehtiyatlardan istifadə etməyə hazırıq».

Səfir AB-dən müşahidəçilərin dəvət olunması üçün hakimiyyətdən müsbət ismarışlar aldıqlarını söyləyib.

Yeni yaranan Milli Şuraya münasibət bildirən diplomat seçki ilində partiyaların böyük fəallıq göstərməsinin normal və təbii hal olduğunu deyib. (azadliq.org)